2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Nüfuzlu insayder Xiaomi 12 Ultra flaqman smartfonunun keyfiyyətli render fotolarını təqdim edib

    OnLeaks ləqəbli məşhur insayder təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Beləliklə smartfon barəsində əvvəlki məlumatlar sözügedən render fotoları ilə təsdiqlənmiş oldular. Bununla yanaşı məlum oldu ki, sözügedən smartfon həqiqətən də Leica şirkətinin kameralarını əldə edəcək. Beləliklə render fotolardan da görmək olar ki, Xiaomi 12 Ultra-nın ön panelini kənarları əyilmiş 6.6 düym OLED ekran əhatə edir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Məlumatda qeyd edilib ki, smartfon 20 MP-lik ön kamera ilə təchiz olunacaq. Lakin əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, smartfon ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Fotolardan da göründüyü kimi bu məlumat öz əksini tapmadı. Smartfonun alt və yuxarı hissələri yastı olacaqlar. Həmin hissələrdə isə stereo səsgücləndiricilər yerləşdiriləcək. Smartfonun arxa paneli böyük ölçülü kamera sahəsi ilə diqqəti cəlb edir. Fotolara əsasən demək olar ki smartfon dördlü arxa kameraya və bir sıra əlavə sensorlara sahib olacaq. Mövcud məlumata əsasən smartfon 50 MP-lik əsas kamera, 48 MP-lik ultragenişbucaqlı kamera, 48 MP-lik teleobyektiv və neçə MP olacağı bilinməyən daha bir teleobyektiv ilə təchiz olunacaq. Son məlumatlarda qeyd edilib ki, Xiaomi 12 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 3200×1441 piksel keyfiyyətli ekran və Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq. Bəzi məlumatlara əsasən Xiaomi 12 Ultra 1350$ qiymətində satışa çıxacaq. Smartfonun təqdimatı yaxın aylar ərzində baş tutmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button