2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nürnberq tribunalı ilə bağlı bəyanat razılaşdırıldı

Avqustun 3-də Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində Nürnberq tribunalının fəaliyyətinin başa çatmasının 70 illiyi münasibətilə MDB-nin iştirakçısı olan ölkələrin dövlət başçılarının bəyanatının layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçirilib.

Bu barədə Axar.az-a qurumun Minskdə yerləşən qərargahının mətbuat xidmətindən məlumat verilib.

Ekspertlər Bəyanatın layihəsini, habelə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) müvafiq qərar layihələrini əslində iyun ayında razılaşdırıblar, lakin Birlik ölkələri daxilində razılaşdırma prosesində bu layihələrə bir sıra qeyd və təkliflər irəli sürülüb və avqustun 3-də keçirilən görüşdə müzakirə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

İclas iştirakçıları bəyanat layihəsinin ekspert səviyyəsində razılaşdırılmasını başa çatmış saymaq qərarına gəliblər və İcraiyyə Komitəsinə təklif ediblər ki, sənədi baxılması üçün müəyyən edilmiş qaydada MDB Dövlət Başçıları Şurasına təqdim etsin.

Layihə MDB XİNŞ-in bu il aprelin 8-də Moskvada keçirilən iclasında əldə olunmuş razılığa əsasən Rusiya tərəfindən hazırlanıb.

Sənəddə qeyd olunur ki, Nürnberq tribunalı öz dövrünün ən böyük siyasi-hüquqi nailiyyətidir. Nürnberq tribunalının yaradılmasında, gedişində və nəticələrinin qiymətləndirilməsində dövlətlərin yekdilliyi ona uğur qazandıran həlledici amil olub. Bu kontekstdə vurğulanır ki, beynəlxalq ədalət məhkəməsi daim kollektiv səylərin nəticəsi olmalı, beynəlxalq hüququn normalarına qeyd-şərtsiz əməl edilməsinə əsaslanmalı, qərəzsiz və dünya birliyində nüfuza malik olmalıdır.

Bəyanatın layihəsində tarixin saxtalaşdırılması kimi təhlükəli tendensiyalar əleyhinə mübarizəyə çağırış da yer alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button