2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

NYT: Putin generallardan Xersonu tərk etməməyi tələb edib

“New York Times” ABŞ hökumətindəki mənbələrə istinadən yazır ki, son həftələrdə Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlarda bəzi strateji qərarları öz üzərinə götürüb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunur ki, Putin Ukraynaya hücumun ilk vaxtlarında işğal olunmuş Xersondan Rusiya qoşunların çıxarılması ilə bağlı komandirlərinin xahişlərini rədd edib.

Beləki komandanlıq hesab edir ki, qoşunların Xersondan mütəşəkkil şəkildə çıxarılması texnika və canlı qüvvələri Ukrayna ordusunun hücumlarından qoruya bilər.

Ukrayna ordusu Dnepr çayı üzərindəki körpünü yarasız hala saldığından Rusiya qoşunları arasında əlaqə kəsilib, körpü texnikanın ötürülməsi üçün yararsızdır.

Yaranmış bu vəziyyətə baxmayaraq Putin orduya Xersondan geri çəkilməyə icazə verir. Məqaləyə görə, bu, onun üçün alçaldıcı məğlubiyyət kimi görünə bilər.

Qəzet yazır ki, tərk etməmək qərarı şəhərdəki Rus qoşunlarının əhval-ruhiyyəsinə zərbə vurub.

Xerson Rusiya ordusunun ələ keçirdiyi yeganə regional mərkəzdir.

ABŞ kəşfiyyatının məlumatına görə, Putin komandirlərə hərbi əməliyyatların sonrakı gedişi ilə bağlı strateji qərarları məhz oşü verəcəyini bildirib ki, bu, da yüksək rütbəli zabit heyətinin narazılığına səbəb olub.

Məlumata görə, hərbçilər Kiyevin tez bir zamanda ələ keçirilməsi üçün ilkin strateji planın mümkünlüyünə də şübhə ilə yanaşırmış.

Onlar hesab edirdilər ki, bunun üçün daha çox əsgər və texnika lazımdır.

“New York Times” yazır ki, elə Putin səfərbərliyinin başlanması haqqında fərmanı Rusiya ordu komandanlığının tövsiyəsi əsasında verib.

Qəzetə verdiyi müsahibədə ABŞ Silahlı Qüvvələrin Baş qərargah rəisi General Mark Milley hazırda strateji təşəbbüsün ukraynalılara keçdiyini, lakin onların qarşıda “uzun bir yol”u olduğunu deyib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button