Xəbərlər

NYT: Ukraynaya verilən Qərb haubitsalarının üçdə biri sıradan çıxıb

Qərb ölkələrindən Ukraynaya verilən təxminən 350 haubitsanın üçdə biri ağır istifadə və ya döyüşdə dəyən ziyana görə sıradan çıxıb.

Bu barədə “The New York Times” Amerika və Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ukrayna ordusu gündə 2000-4000 arası, Rusiya ordusu isə daha çox artilleriya atəşindən istifadə edir.

Qeyd olunur ki, haubitsalardan belə çox istifadə onların sürətlə aşınmasına, dəqiqlik və atəş sürətinin itirilməsinə səbəb olur.

Zədələnmiş silahların təmir üçün ABŞ Müdafiə Nazirliyinin Polşada təmir məntəqələri yaratdığı bildirilir.

“The New York Times” yazır ki, Ukrayna zədələnmiş silahların daha tez xidmətə qaytarılması üçün cəbhə xəttinə yaxın bölgələrdə artilleriya xidmət məntəqələri təşkil etmək istəyir.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Tokayev Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button