Now Reading:
Nyu-York məktəbləri bağlandı

Nyu-York meri Bill De Blazio cümə axşamı qarlı-şaxtalı hava şəraiti səbəbindən şəhərin bütün məktəblərinin bağlanacağını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Nyu-York məktəbləri sabah, yanvarın 4-də qar çovğunu səbəbindən bağlı olacaq”, – deyə şəhər meri qeyd edib.

ABŞ Milli Meteorologiya Xidməti ölkənin Atlantik okeanı sahilləri istiqamətində güclü qar fırtınasının irəlilədiyi barədə xəbərdarlıq edib. Hava proqnozlarına görə, Nyu-Yorku qar yağışı və aşağı dərəcəli temperatur gözləyir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.