2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nyu-Yorkda Qarabağdan bəhs edən filmin təqdimatı keçirilib

Yayımlandı: 7 Mart 2023 16:04

Film Birinci Qarabağ müharibəsi vaxtı girov düşmüş Bəxtiyardan bəhs edir

Amerikada yaşayan azərbaycanlı kinorejissor Elmar Bayramovun “Nəfəs” (“Breath”) qısametrajlı filminin Nyu-Yorkda təqdimatı keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Nümayiş “Village East” kinoteatrında təşkil olunub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan icması üzvlərinin iştirak ediblər.

Rejissor Elmar Bayramov filmin hazırlıq prosesində girovluqdan xilas olmuş iyirmiyə yaxın insanla görüşdüyünü bildirib.

Çəkilişləri Azərbaycanda olan “Nəfəs” (“Breath”) filminin istehsalçıları ABŞ-ın “Old stone pictures” və “Black Garden Company” şirkətləridir.

Qısametrajlı film Birinci Qarabağ müharibəsi vaxtı girov düşmüş Bəxtiyardan bəhs edir.

Doğma kəndi illər sonra işğaldan azad olunduqdan sonra Bəxtiyar ora getmək qərarına gəlir və girovluqda yaşadığı hissləri yenidən xatırlamalı olur.

Filmdə baş rolu aktyor Vüqar Hacıqədir canlandırıb.

Digər rollarda Əməkdar artist Rasim Cəfər, aktyorlar Tural Əhməd və Günay Əhməd çəkilib.

Filmin ssenari müəllifləri Ülviyyə Heydərova və Elmar Bayramov, quruluşçu rejissoru Elmar Bayramov, ikinci rejissoru Cabir Hacıyev, operatoru Ruslan Ağazadə, rəssamı Pərviz Heydəroğlu, bəstəkarı Vüqar Camalzadə, prodüserləri Elçin Ağazadə, Vüqar Yusifoğlu və Rəşad Dadaşovdur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button