Bizim tərcüməDünya

O ölkədə qızılca epidemiyası xəbərdarlığı! Hadisələrin sayı 35-ə yüksəlib

Cənubi Afrika Respublikasında qızılca epidemiyasına yoluxanların sayının 35-ə yüksəldiyi bildirilib.

Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NICD) verdiyi açıqlamada, 8-9 noyabr tarixlərində Limpopo əyalətində 14 yeni qızılcaya yoluxma faktının aşkarlandığı və bununla da ümumi yoluxma sayının 35-ə yüksəldiyi bildirilib.

Açıqlamada qızılcaya daha çox 5-9 yaş arasında rast gəlindiyi, bu günə qədər bölgədə qızılcaya bağlı ölüm və ya ciddi fəsadların qeydə alınmadığı bildirilib.

NICD oktyabr ayında Limpopo əyalətinin iki rayonunda regional qızılca epidemiyası elan etdi. Bundan əlavə, bu rayonlarda uşaqlar üçün qızılcaya qarşı peyvənd kampaniyasına başlanılıb.

Afrikanın müxtəlif bölgələrində baş verən qızılca epidemiyası səbəbindən bu ilin əvvəlindən başlayaraq müxtəlif ölkələrdən, xüsusilə Nigeriya və Zimbabvedən yüzlərlə müxtəlif yaşda uşaq dünyasını dəyişib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Co Baydendən yeni səhv! Dünya onun aralıq seçkilərlə bağlı dediklərinə qulaq asarkən, görün nə dedi: “Ruslar...”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button