2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Obama Trampa hansı məsləhətləri vermişdi?

Prezidentdən prezidentə nəsihət: “Qoyma ki, hinduşkalar səni yıxsın…”

Saytların yığılması Saytlarin yigilmasi

“The Guardian” yazır ki, yenicə üzə çıxmış məktubdan keçmiş prezident Barack Obama-nın təzə prezident Donald Trump-a nəsihət verdiyi məlum olub.

ABŞ-ın 44-cü prezidenti 45-ci prezidentə yazdığı məktubda onu qanunun alililyi prinsipinə əməl etməyə və “beynəlxalq dünya nizamını” pozmamağa çağırır.

Obama Ağ Evdə Trump üçün qoyub getdiyi məktubda ona üç əsas məsləhət verirdi.

“Bizim hər ikimizin bəxtinə, müxtəlif şəkildə olsa da böyük tale düşüb, – yazıb Obama, – Hər adamın bəxti belə gətirmir. Odur ki, yaxşı zəhmət çəkmək istəyən hər bir uşaq və hər bir ailə üçün daha çox imkan nərdivanları düzmək bizim ixtiyarımızdadır”.

Beynəlxalq münasibətlərə gəlincə isə, Obama seçki kampaniyası boyunca Amerikanı təcrid edəcək siyasətlərdən danışan Trump-a yazırdı ki, “Bütün dünyada Amerikanın liderliyi əvəzsizdir”.

Bunun ardınca Obama Trump-ı Soyuq müharibədən bu yana bərqərar olan dünya nizamını pozmamağa çağırırdı. O yazırdı ki, Amerikanın özünün sərvəti və salamatlığı bu nizamdan asılıdır.

Üçüncü məsləhət olaraq Obama Trump-a yazırdı ki, “biz bu kabinetə həmişəlik burda qalmaq üçün gəlməmişik və ona görə də demokratik təsisat və ənənələri ən azı biz gələndə necə idisə, elə də qoyub getməliyik”.

Yanvar ayında Trump bu məktubu “gözəl” adlandırmışdı və əlavə etmişdi ki, “biz hətta bu məktubda yazılanları mətbuat üçün açmayacağıq.

Lakin sonrakı hadisələr göstərdi ki, Trump bu “gözəl” məktubdakı məsləhətlərə çox da qiymət verməyib.

“The Guardian” yazır ki, Trump öz sələfinə minnətdar olmaqdansa, Tvitterdə daim onu sancmaqla məşğul idi.

Məqalədə deyilir ki, bu məktub Obama-nın öz xələfinə verdiyi yeganə nəsihət deyildi.

The New York Times qəzeti mart ayında yazırdı ki, təhvil-təslim zamanı Obama Trump-a, Şimali Koreya məsələsinin onun üçün ən çətin məsələ olacağını da deyibmiş.

“The Guardian” yazır ki, ABŞ ənənəsinə görə vəzifədən gedən prezident vəzifəyə gələn prezidentə arzularını bildirir.

George W Bush Clinton-a məktubuna belə başlayırdı “Nömrə 44-ə nömrə 43-dən”. Ata Bush Clinton-a yazırdı: “Sənin uğurun ölkəmizin uğurudur. Mən sənə yol açmaq üçün çox çalışmışam”.

Ronald Reagan isə özünün keçmiş vitse-prezidenti Bush-a yazmışdı: “İmkan vermə ki, hinduşkalar səni yıxsın”. İngilis jarqonunda “hinduşkalar” – axmaq adamlar mənasında işlənir.

(BBC Azərbaycanca)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button