2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Obamanın keçmiş köməkçisi İran üzrə elçi olacaq


 

ABŞ rəsmiləri deyirlər ki, Co Bayden administrasiyası veteran diplomat Robert Malleni İran üzrə xüsusi elçi təyin edəcək. Keçmiş prezident Donald Tramp administrasiyası dövründə İranla münasibətlər pisləşmişdi. İndi yeni prezident və onun xarici siyasət müşavirləri Tehrana öz yanaşmalarını formalaşdırırlar.

Dövlət katibi Entoni Blinken keçmiş prezident Barak Obamanın xarici siyasət müşaviri olmuş Malleni İran üzrə elçi təyin edəcək. Bu haqda Dövlət Departamentinin aparıcı rəsmisi və məsələdən agah bir neçə nəfər yanvarın 28-də axşam məlumat yayıblar. Rəsmi informasiyanın bu gün – yanvarın 29-da veriləcəyi gözlənir.

Saytların yığılması Saytlarin yigilmasi

Malle Obama administrasiyasının aparıcı üzvü idi. İranla nüvə sazişi məhz həmin administrasiya dövründə imzalanıb. Tramp isə 2018-ci ildə sazişdən çıxdı, 2015-ci il nüvə sazişinin İranın raket proqramını əhatə etmədiyini bildirdi.

Sonradan Tramp İrana qarşı “maksimum təzyiq” kampaniyası yürütdü, Tehranı yeni razılaşmaya məcbur etmək istədiyini bildirdi.

İran isə cavabında nüvə sazişi öhdəliklərini tədricən pozmağa başladı. Beynəlxalq ictimaiyyət Tehranı sazişə tam əməl etməyə çağırır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button