2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hökumətinin izlədiyi şəxslərin bir qisminin kimliyi məlum olub – OCCRP SİYAHI yaydı

OCCRP siyahı

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsinə dair yeni araşdırma yayıb. 
Əldə olunan dəlillərə görə, Azərbaycan, jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edib.
Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanır.
24saat.org arqument.az-a istinadən iyulun 18-də yayılan yeni araşdırmanı və siyahıda adıçəkilən şəxslərin bir qisminin adlarını təqdim edir:
OCCRP siyahı
 
  1. Xədicə İsmayıl
  2. Elçin Şıxlı
  3. Əvəz Zeynallı
  4. Natiq Cavadlı
  5. Azər Ayxan
  6. Rauf Arifoğlu
  7. Eynulla Fətullayev
  8. Qənimət Zahid
  9. Anar Orucov
  10. Mirşahin Ağayev
  11. Arif Əliyev
  12. Sevinc Vaqifqızı
  13. Bahəddin Həziyev
  14. Seymur Kazımov
  15. Təzəxan Mirələmli
  16. Şahvələd Çobanoğlu
  17. Cəsur Sumerenli
  18. Mehman Əliyev
  19. İslam Şıxəli
  20. Aynur Elgünəş
  21. Aytən Məmmədova
  22. Gülər Mehdizadə
  23. Fizza Heydərova
  24. Rövşən Hacıbəyli
  25. Xalid Bahadır
  26. Müşfiq Cabbar
  27. Pərviz Həşimli
  28. Vidadi Məmmədov
  29. Aytən Fərhadova
  30. Aydın Canıyev
  31. Elkin Xəlilov
  32. Əziz Kərimov
  33. İnarə Rafiqqızı
  34. Sücəddin Şərifova
  35. Zamin Hacı
  36. Elxan Şükürlü
  37. Vahid Mustafayev
  38. Elnur Astanbəyli
  39. Zahir Əzəmət
  40. Ramin Deko
  41. Vüsala Mahirqızı
  42. Aynur Camalqızı
  43. Orxan Adıgözəl
  44. Bəxtiyar Hacıyev
  45. Şəhla İsmayıl
  46. İntiqam Əliyev
  47. Şura İbrahimova
  48. Ülvi Həsənli
  49. Füzuli Hüseynov
  50. Mirvari Qəhrəmalı
  51. Bayram Məmmədov
  52. Elmira Rəhimova
  53. Ruslan İzzətli
  54. Səadət Bənənyarlı
  55. Fatimə Movlamlı
  56. İlkin Rüstamzadə
  57. Səidə Qocamanlı
  58. Akif Qurbanov
  59. Mehman Hüseyov
  60. Nihad Hüseyn
  61. Turan İbrahim
  62. Əbülfəz Qurbanlı
  63. Zaur Əkbər
  64. Anar  Məmmədli
  65. Elman Fəttah
  66. Xalid Ağaliyev
  67. Ziya Quliyev
  68. Mehriban Rəhimli
  69. Turqut Qəmbər
  70. Arzu Abdullayeva
  71. Zəfər Əhmədli
  72. Rəsul Cəfərov
  73. Bəşir Süleymanlı

OCCRP siyahı
OCCRP siyahı

OCCRP siyahı

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

OCCRP siyahı

 

Yeni əldə olunan dəlillərə görə, Azərbaycan, jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edib. Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanır.
Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsinə dair yeni dəlillər əldə edib. Qurumun iyulun 18-də yayılan yeni araşdırmasını təqdim edirik.
Bu ilin may ayında OCCRP-nin üç baş redaktoru illərdir, görmədiyi bir qadınla görüşmək üçün Ankaraya yollanıb.
Xədicə İsmayılova Azərbaycanın ən tanınmış araşdırmaçı jurnalisti olmaqla yanaşı, həm də onların uzun illər həmkarı və yaxın dostudur: demək olar ki, onlar bir ailədirlər. O, gördüyü işlərə görə, 18 ay ərzində həbsə məhkum edilib və 5 ildən çox ölkədən çıxışına qadağa qoyulub. İndi isə nəhayət ki, o, azaddır.
Görüş şənliyi gecəyarısına qədər davam etdi. Bu, həqiqi bir ziyafət axşamı idi, masa müxtəlif salatlarla, qızardılmış balıq və türk qəlyanaltıları ilə dolu idi. Xədicə ənənəvi yarpaq dolması da hazırlamışdı – yarpağı isə xüsusi olaraq Azərbaycandan gətirmişdi.
Həmin axşam o, həbsxana xatirlərini də bizimlə bölüşdü: orada dişini çəkdirəndən sonra həbsxana işçilərindən ağrıkəsici qəbul etməməyindən, yemək və məsləhətlərini məhbəs həyatını birgə yaşadığı digər qadınlarla (peşəkar cinayətkar qadınlar da daxil olmaqla) bölüşməyindən və beləliklə, onların etibarını və sevgisini qazandığından da bəhs etdi: “Onların “psixoloqu” idim”. Xədicənin danışdıqları arasında yeni baş verən və daha kədərli hekayələr də vardı – onun 20 yaşlı bacısıoğlu ötən il Ermənistan və Azərbaycan arasında baş verən müharibədə həlak olmuşdu.
Ancaq gülüş və göz yaşlarından əlavə, ortamda bir gərginlik də vardı. OCCRP redaktorları aylardır ki, Xədicədən bir məlumatı saxlayırdılar. Artıq həmin məlumatın onunla paylaşmaq zamanı olduğunu və Türkiyəyə gəlmələrinin əsas səbəbini ona deməli idilər.
İki ildən çoxdur ki, Xədicə İsmayılovanın iPhone mobil telefonu Pegasus proqramı tərəfindən hədəfə alınıb və ələ keçirilib. Bu proqram, yüksək dərəcədə dəqiqliklə hazırlanmış və qorxunc imkanları sayəsində istifadəçini izləyə, ondan gizli olaraq müxtəlif əməliyyatlar aparmağa qadirdir. Pegasus, telefon zənglərini yaza və mətn mesajlarını oxuya bilir, telefonda olan bütün foto və şifrələri götürmək, GPS-i izləmək və gizli şəkildə audio, video yazmaq qabiliyyətindədir. Telefon, sahibinə kiçik bir qüsuru göstərəcək signal belə vermədən Pegasus, bütün məlumatları onun gizli operatorlarına asanlıqla yönəldə bilir.
Proqram, İsrailin özəl kiber-nəzarət şirkəti olan NSO Group tərəfindən yaradılıb və göründüyü kimi dünyada avtokratik rejimlərdən biri kimi tanınan Azərbaycana tədarük edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button