2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Odessaya raket zərbələrindən ölənlərin sayı 20-ə çatıb

Ukrayna mediası Rusiyanın Odessa vilayətinə raket zərbələri endirməsini Moskvanın Zmeyini adasına görə qisası kimi izah edir

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna hakimiyyət orqanları ötən gecə Odessa vilayətində yaşayış binasına və istirahət bazasına raket düşməsi nəticəsində ölənlərin sayının 20-ə çatdığını və daha 30 yaralı olduğunu bildirib.

Rusiyanın Müdafiə Nazirliyi hələki bu xəbərlə əlaqədar açıqlama verməyib.

Ukrayna dövlət fövqəladə hallar xidmətinin məlumatına görə Odessada şəhər ətrafının raketlərlə vurulması nəticəsində çoxmərtəbəli yaşayış binasında 14, istirahət bazasında isə 3 nəfər həlak olub.

Lakin daha sonra bu rəqəmlər müvafiq olaraq 16 və 4-ə, ümumi ölü sayı isə 20-ə çatıb.

Xəbərdə deyilir ki, raket zərbəsi yerli vaxtla gecə saat 1-də Belqorod-Dnestrovski rayonundakı 9-mərtəbəli yaşayış binasına endirilib.

Daha sonra rəqəmlər dəqiqləşdirilib. 19 mülki şəxsin meyitləri binanın xarabalıqlarından çıxarılıb. Onların arasında 11 yaşlı oğlan uşağı da var.

38 nəfərin xəstəxanalara yerləşdirildiyi, onlardan 6-nın uşaqlar olduğu bildirilir. Uşaqlardan ikisinin vəziyyəti ağırdır.

Həmin raket zərbəsi nəticəsində yaxınlıqdakı istirahət bazasının binası qismən dağılıb. Burada biri uşaq olmala 3 nəfər həlak olub.

Xilasetmə işlərinin davam etdirildiyi xəbər verilir.

Zmeyini adasına görə qisas?

Cənub operativ komandanlığından verilən xəbərə görə Rusiyanın Tu-22 bombardmançı təyyarələrindən üç raket atılıb.

Strateji bombardmançılardan X-22 raketlərinin atıldığı deyilir.

Müşahidəçilər qeyd edirlər ki, bu raket hücumu Rusiyanın Zmeyini (İlanlı) adasındakı qoşunları ordan çıxardığını elan etməsinin dərhal ardınca baş verib.

Rusiya komandanlığı adadan çıxmasını “humanist” məramla izah etsə də, xəbər agentlikləri qoşunların Ukraynanın güclü artilleriya atəşləri nəticəsində çıxarıldığını bildirirlər.

Ukrayna mediası Rusiyanın Odessa vilayətinə raket zərbələri endirməsini Moskvanın Zmeyini adasına görə qisası kimi izah edir.

24 saat” “
Odessaya raket zərbələrindən ölənlərin sayı 20-ə çatıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button