2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

OECD: dünyada 5 mobil telefondan biri saxtadır

Fotonun müəllifi
Getty Images

Saytların yığılması Saytlarin yigilmasi

Image caption

OECD-nin hesabatna görə, saxta texnikanın əsas mənbəyi Çindir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yaydığı məlumata görə, dünyada satılan hər 5 mobil telefondan biri və video oyunlar üçün satılan hər 4 konsoldan biri saxtadır.

OECD dünyada saxta texnika satışlarının artdığını qeyd edərək bunun müştərilərə, istehsalçılara və maliyyə sisteminə mənfi təsir göstərdiyini bildirib.

Təşkilat saxta informasiya-kommunikasiya avadanlıqlarının satışına həsr olunan hesabat dərc edib.

2013-cü ilin gömrük statistikasına görə bu cür cihazların qlobal satışı 6,5 % təşkil edib.

2016-cı ildə isə digər bazarlarda saxta cihazların satışı 2,5% olub. OECD saxta kommunikasiya texnikasının satışının ümumi həcmini 143 milyard dollar məbləğində dəyərləndirib.

Bununla yanaşı saxta məhsulların poçtla göndərilməsi onların aşkar edilməsini çətinləşdirir.

LBakının mərkəzində saxta mallar necə satılır?

Mobil telefon və oyun cihazları ilə yanaşı saxta yaddaş kartı, adaptorlar, idarəetmə pultları, noutbuklar, kompüterlər və planşetlər də hazırlanır.

OECD-nin fikrincə, smartfonlara, aksessuarlara və digər texnikalara olan tələbat saxta məhsulların hazırlanmasına daha da maraq oyadır.

Təşkilat saxta məhsulların sağlamlıq və istifadəçinin təhlükəsizliyi baxımından riskli olması barədə xəbərdarlıq edib.

Məsələn, istifadəçinin şəxsi məlumatları təhlükə altında ola bilər.

Saxta texnikada ziyanlı maddələrdən istifadəsi istisna olunmur.

OECD-nin hesabatına görə, saxta texnikanın əsas mənbəyi Çindir.

24saat.org

Mənbə – www.bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button