Dünya

OECD-nin proqnozu: Qərbdə iqtisadi artımın azalması gözlənilir

Proqnozda vurğulanır ki, indilik qlobal iqtisadiyyat üçün mümkün ssenari repsessiya yox, iqtisadi inkişafın sürətinin əhəmiyyətli dərəcədə azalmasıdır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qarşıdan gələn illər üçün yeni proqnozunda deyilir ki, dünya iqtisadiyyatı 1970-ci illərdən bəri ən böhranlı dövrünü yaşayır.

Enerji qiymətləri inflyasiyanı bir çox onilliklər ərzində görünməmiş həddə çatdırıb.

Hesabatda deyilir ki, dünya iqtisadiyyatı 2023-cü ildə 2.3 faiz azalma yaşayacaq və bu azalma 2024-cü ildə 2.7 faiz civarında nisbətən sabitləşəcək.

Bu müddət ərzində Asiya iqtisadi artımın əsas mühərrikinə çevriləcək, Avropa, Şimali Amerika və Cənubi Amerika iqtisadiyyatlarında isə çox zəif artım qeydə alınacaq.

Rusiyanın Ukrayna müharibəsinin bədəli

Bu da qeyd olunur ki, qlobal iqtisadiyyat Rusiyanın Ukraynada başlatdığı müharibənin bədəlini yüksək inflyasiya, bahalaşma və zəif artımla ödəyir.

Hesabatda qeyd olunur ki, hələ bu müharibədən əvvəl də qlobal iqtisadiyyat pandemiyanın təsirlərindən yenicə özünə gəlməyə başlamışdı.

Sənəddə bildirilir ki, qiymətlərin gözlənilmədən bahalaşması, real gəlirlərin azalması bir çox ölkələrdə alıcılıq qabiliyyətini azaldıb.

OECD bildirir ki, dünya boyunca mərkəzi banklar inflyasiya ilə mübarizə məqsədilə uçot dərəcələrini artırıblar və bu, indidən az da olsa bəhrəsini verir.

Hesabatda deyilir ki, hazırda enerji təhlükəsizliyinə və enerji mənbələrinin diversifikasiyasına yatırımların edilməsi son dərəcə mühümdür.

Bu da vurğulanır ki, indilik qlobal iqtisadiyyat üçün mümkün ssenari repsessiya yox, iqtisadi inkişafın sürətinin əhəmiyyətli dərəcədə azalmasıdır.

G7 ölkələrində

Hesabatda deyilir ki, Britaniya, Almaniya və Rusiyada isə söhbət iqtisadiyyatın azalmasından gedir.

Proqnoza görə G7 ölkələri arasında ən çox azalma Britaniyada qeydə alınacaq.

OECD-nin proqnozuna görə Britaniya iqtisadiyyatını 2023-cü ildə 0.4 faiz azalma gözləyir. Proqnoza görə bu azalma 2024-cü ildə 0.2 faiz olacaq.

Hesabata görə G7 ölkələrinin əksəriyyətində iqtisadi artımın sürəti az olacaq.

ÜDM İtaliyada 0.2, ABŞ-da 0.5, Fransada 0.6, Kanadada 1, Yaponiyada isə 1.8 faiz artacaq.

Proqnozda qeyd olunur ki, avrozonanın 19 ölkəsində iqtisadi artım bu il 3.3 faiz olacaq, amma bu rəqəm 2023-cü ildə 0.5-ə enəcək, 2024-də isə 1.4 faizə dirçələcək.

Məlumatda deyilir ki, OECD üzvü olmayan Çin gələn il də iqtisadi artım yaşayacaq azsaylı böyük iqtisadiyyatlardan biridir. Çində 2023-cü ildə iqtisadi artımın 4.4, 2024-cü ildə isə 4.1 faiz olacağı gözlənilir.

24 saat” “
OECD-nin proqnozu: Qərbdə iqtisadi artımın azalması gözlənilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiya neftinin Avropaya ixracı 90 fazi azalıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button