2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Ofşor zonalara nəzarətə gəlincə…” – Nazir müavini

Son 10 ildə vergi daxilolmaları beş dəfə, qeyri-neft sektorunda daxilolmalar 5,7dəfə, regionlardan büdcə daxilolmalar isə 10,2 dəfə artıb. Qeyri-neft sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisi hazırda 70 faizə çatır”.

Bunu Vergilər nazirinin müavini İlkin Vəliyev bu gün nazirlikdə keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, hazırda hüquqi şəxslərin dövlət qeydiyyatı elektron şəkildə həyata keçirilir: “Dünya Bankının son reytinqində Azərbaycan vergi ödəmələrinə görə 189 ölkə arasında 34-cü yerdədir. İlkin biznesə başlamağa görə isə 7-ci yerdədir”.
Ofşor zonalara nəzarət məsələsinə gəlincə isə nazir müavini bildirib ki, sazişimiz olan ölkələrlə avtomatik olaraq məlumat mübadiləsi həyata keçiririk: ” Bu da ümumi istiqaməti əhatə edir. Müqavilə bağladığımız ölkələr bizim ödəyicələrlə bağlı məlumat verməyə hazırdır”.
Nazir müavini əlavə edib ki, “tax free” iyun ayından tətbiqinə başlanılıb: “Artıq 104 minə yaxın ƏDV xarici ölkə vətəndaşlarına qaytarılıb. Sərhəd keçid məntəqələrində bu işin tətbiq edilməsi genişləndirilir”.
ƏDV-nin azaldılması ilə bağlı İ. Vəliyev bildirib ki, bu istehlakçıdan alınan vergidir: “Bu vergi hansısa sahibkarın üzərində qalmamalıdır. Bununla bağlı həyata keçirilən işlər uşaq qidalarının, dərman preapatlarının qiymətinin aşağı düşməsinə səbəb olacaq. ƏDV-nin qaldırılması nəzərdə tutulmayıb, yalnız azaldılması istiqamətində işlər aparılır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button