2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Oğlumun toyuna hazırlaşırdıq…” – Milyarder qızla qəzada ölən Azərin atası/FOTOLAR

“Sübhi Şixlinkski ilə heç bir qohumluq əlaqəmiz yoxdur, ailəvi dostuq”

İsveçrədə 25 noyabr tarixində məşhur rusiyalı milyarder Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə birlikdə qəzada həlak olan Azər Yaqubovun atası Mahir Yaqubov oğlunun faciəli ölümündən sonra yayılan xəbərlərə aydınlıq gətirib. 18 il AZAL-ın Rusiya təmsilçiliyində işləyib, hazırda Rusiyada kiçik bizneslə məşğul olan Mahir Yaqubov açıqlamada bildirib ki, 23 yaşlı oğlu Azər 15 yaşından İsveçrədə yaşayırdı:

Saytların yığılması Saytlarin yigilmasi

“Orta məktəbi orada bitirib. Elə, həmin il İsverçrədə ali məktəbə daxil olub. Bitirdikdən sonra, magistratura təhsili alırdı. Birinci kursda oxuyurdu.”

"Oğlumun toyuna hazırlaşırdıq..." – Milyarder qızla qəzada ölən Azərin atası/VİDEO+FOTOLAR

Oğluyla mütəmadi olaraq danışdığını deyən Mahir Yaqubov Azərin rusiyalı milyarder Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə aralarında yalnız dostluq münasibətləri olduğunu deyir:

“Oğlum nişanlı idi, toyuna hazırlaşırdıq. Diana ilə onlar dost olublar. Diana mənim kiçik oğlumla daha yaxın dost idi. Onlar hamsı bir yerdə təhsil alıblar. Diana oğlumun yaşadığı evin yaxınlığındakı oteldə qalırmış. Bir ailəvi tanışlarının məclisindən çıxanda Diana Azərdən xahiş edib ki, onu da evə aparsın.”

Qəzanın səbəbinə gəldikdə isə, Mahir Yaqubov qəzanın baş verdiyi gün yağış yağdığını və yolun sürüşkən olduğunu bildirir:

“Bəzi saytlar yolun buz bağladığını, bəziləri isə avtomobilin yüksək sürətlə hərəkətdə olduğunu yazırlar. Amma əslində həmin gün tempratur 14-15 dərəcə olub. Sükan arxasında Azər oturub. Qəzanın baş verdiyi yolda 90 dərəcə döngə var. Yüksək sürətlə hərəkət etmək mümkün deyil. Az yağış yağıbmış.Həm də çox qatı duman olub. Qəzaya səbəb kimi bu qatı duman göstərilir.”
"Oğlumun toyuna hazırlaşırdıq..." – Milyarder qızla qəzada ölən Azərin atası/VİDEO+FOTOLAR

23 yaşlı Azərin atası Mahir Yaqubov oğlunun Rusiya hökumətində vəzifə tutan Sübhi Şıxlinskinin qohumu olması ilə bağlı yayılan xəbərinə də aydınlıq gətirib:

“Sübhi mənim yaxın dostumdur, ailəvi dostuq. Azər onun “qucağında böyüyüb”. Ona “dayı” deyirdi. Bilmirəm, mətbuat oğlumun adını ona bağlamaqda nə maraq güdür?!”

Mahir Yaqubovun sözlərinə görə, 23 yaşlı oğlu Rusiyada dəfn edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button