2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Oğlumun yanına apardılar, külün içində idi…” – Yanan bina sakini

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

24saat.org qafqazinfo-ya istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Bina sakini İdris Xəlilov təqsirləndirilənlərdən yalnız “JEK” müdirini tanıdığını qeyd edib: “Səhər saat 11-ə işləyirdi, televizorda Elgizin verilişinə baxırdım. Elə Elgiz təzə başlamışdı, iy gəldi. Evdə dedilər yanğın var, pəncərədən baxdım, 2-3-cü mərtəbələr yanırdı. Alov binanı tutmuşdu. Evdəkilərlə əlimizi ağzımıza tutub çölə çıxdıq. Tüstüdən boğulurduq. Mənə 45 500 manat ziyan dəyib. Hələ heç nə ödənilməyib, yalnız mənəvi təzminat kimi 20 min manat almışam. Evim təmir olunub, mebellə təchiz olunub. Əvvəldən o binada yaşamışam, təmir vaxtı səs-küyə, sonra da yanğına dözmüşəm. Şikayətim yoxdur, tanımadığım adamdan nə şikayət edəcəyəm ki?”

Saytların yığılması Saytlarin yigilmasi

İ.Xəlilov deyib ki, yanğınsöndürənlər yanğın başlayandan 1 saat sonra gəliblər.

Feyzulla Bağırov yanan bina ilə üzbəüz binada yaşadığını, yanğın zamanı bacısı və qardaşının vəfat etdiyini deyib:

“Mən öz evimdə yatırdım, yanan binada atamın evi vardı. Orada qardaşımla bacım yaşayırdı. Mənə zəng edib dedilər ki, doktor, eviniz yanır. Çıxıb baxdım, gördüm bina tam tüstüyə bürünüb. Bir qədər sonra alovlanmağa başladı. Mən binaya girib bir neçə mərtəbə qalxdım. FHN əməkdaşları çölə çıxartdılar. Bacımgilə zəng etdim çatmadı. Sonra ölənlərin hara aparıldığını öyrəndim. Morqa getdim, qardaşımla bacımı orda tapdım, yaraları ölümcül deyildi. Mən bacımla qardaşımın ölümünə görə hər biri üçün 100 min manat tələb edirəm. Yanğınla bağlı bizə hesablanan təzminatdan sonra devalvasiya olub. Xahiş edirəm, ödəniş vaxtı bu da nəzərə alınsın”.

Ədilə Zeynalova deyib ki, yanğın vaxtı yatıb: “Balaca uşaq qohumum təsadüfən bizdə idi. Gəlib çağırıb dedi ki, bina yanır. Tüstünü görüb qorxdum. Uşaq məni itələyib mənzildən çıxartdı, yoxsa qorxumdan çıxmayacaqdım. Evimə dəyən ziyana görə 50 min manat təzminat istəyirəm. Yeni təmir etdirmişdik”.

Xanım Məmmədəliyeva yanğın zamanı işdə olduğunu deyib: “Zəng edib dedilər eviniz yanıb. Ailəm evdə idi, yoldaşım, qızım, xəstə qardaşım. Gəlib gördüm 16-cı mərtəbə yanır. Yoldaşımgilə zəng etdim, çatmadı, qorxdum. Sonra yoldaşım zəng edib dedi ki, biz binadan çıxmışıq. FHN yanğını normal söndürə bilmirdi. Su binaya çatmırdı, vertolyot suyu camaatın başına tökürdü, bina qalırdı. O işıqlara görə biz gecə yata bilmirdik. Dəfələrlə şikayət etmişdik, bina üzlənən vaxtı da, üzlənəndən sonra da. Binanın içi pis gündə idi. Xətaidə bina yananda biz dedik bir gün bizimki də yanacaq. Pəncərələrimizə qara şüşə vurmuşdular, elə bil türmədə idik. Binaya qaz verilməmişdi. Balon qazdan da istifadə etməyə qorxurduq. Binanın həyətinə zibil atanlar olurdu, amma təmizlənirdi. Yoldaş Abutalıbov bizə dedi ki, bu binanı üzləyənlərdən sizə dəyən ziyanı tələb edin. Evim bütöv yandı, anamın şəkilləri belə qalmadı.

Yanğın vaxtı binadan özünü atan oğlan ayda 1-2 dəfə ora gəlirdi, təxminən 4 ay idi. Liftdə görmüşdüm, dedi dayımgilə gəlirəm. Qohumunu tanımırdım”.

Mələk Hüseynova deyib ki, evdə olduğu zaman “tok” iyi gəldiyini duyub: “Balkondan baxdım, zibil filan yox idi. Aşağıda 3 dairəvi yerdə ev yanırdı, elə bil maye yanırdı, qışqırdım, nəvəmin əlindən tutub çıxdım. Uşaqları liftə qoyub, knopkasını basıb aşağı göndərdim. Özüm qayıtdım, balaca uşaq evdə idi. Onu götürüb pilləkənlə düşdüm. Artıq boğulurdum, birtəhər çıxdım.

İlk yanğınsöndürən 1 saat sonra gəldi. Onun da suyu yox idi, bizimlə bir yerdə dayanıb yanğına baxırdı”.

Əfəndiyeva Heyvagül deyib ki, evdən siqaret iyi gəldiyi üçün çölə baxıb, görüb aşağıdan tüstü qalxır: “Qapını bağlayıb aşağı düşəndə üzbəüz qonşu mənzildən uşaqlar qapını açdı, tüstü bloka doldu. Pilləkənlə aşağı düşdüm, yarıda dayandım. Tüstü idi düşə bilmirdim. Dayanıb dua etdim, lift gəldi, liftə girib aşağı düşdüm”.

H.Əfəndiyeva bildirib ki, mənzilə dəyən ziyana görə 53 min manat təzminat ödənilməyib: “Soyuducu vermədilər, televizor vermədilər. Qızıllarım, xalçalarım var idi”.

Zöhrə Nemətova deyib ki, saat 10-a qalmış evdən çıxıb: “Gənclikdə olanda gördüm havada tüstü var, dedim hansısa bədbəxtin evi yanır. Keçmiş iş yoldaşım zəng edib dedi eviniz yanır. Evə gəldim, oğlum, anam, qardaşım evdə idi. Əvvəl dedilər oğlun ölüb, sonra qonşumuz Nurlanə gəlib məni yerdən qaldırıb dedi ki, oğlunla anan sağdı. Məni oğlumun yanına apardılar, külün içində idi. Orda mənim başıma vertolyotdan su töküldü, səhv yerə tökürdülər. Mənə dəyən 70 min manat ziyanı istəyirəm”.

Nemətova Gülsüm isə bildirib ki, yanğından öncə binaya yenicə gəlin köçübmüş: “Yanğın vaxtı evdə olmamışam, amma əşyalarım orda idi. 14300 manat ziyan dəyib, onu tələb edirəm”.

Həsənova Nərmin deyib ki, yanğın zamanı anası Anna Həsənova tüstüdən boğularaq dünyasını dəyişib.

Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button