2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Öğretmen – Öyrətmən

Altunay Hacıbəyli

Dilimizdə elə ifadələr var ki, düşüncələrmizi, əlçatmaz zirvələrə ucaltdığımız insanların beyimizdəki təsvirini sözlərlə daha anlaşıqlı dildə çatdırmaqda yetərli gücə sahib deyil. Çox zaman belə durumda Türkiyə türkcəsindən yararlanıram (bəzən bununla bağlı dostlarla mübahisə yaransa da, soyumuzun Türk olduğunu əsas gətirirəm). Hətta bir sıra sözləri adi danışıqda da işlətməyə başlamışam.
Həmin sözlərdən biri – beynimin və qəlbimin ən gözəl yerinə sahiblənmiş “Öyrətmən” sözüdür. Necə də gözəl səslənir – Öyrətmən! Bu ifadənin düşüncələrimdəki yerini, həyatımdakı mövqeyini, onun təsirindən formalaşmış tarixçəni lap başdan danışmaq istəyirəm. 11 ilin sonunda Anamın çoxdankı arzusunu və üzərimə düşən vəzifəni yerinə yetirmək üçün Ali məktəbə hazırlaşmağa qərar verdim (Bu qərar, bəlkə də o zaman indiki qədər fərqində olmasam da, ömrümün ən ağıllı qərarı idi). Beləliklə, 2012-ci il sentyabr ayının 18-dən hazırlığa getməyə başladım. Elə həmin gün, məndən öncə hazırlığa qatılan yoldaşlarımın həyəcanla gəlişini gözələdiyimiz öyrətmən (Cavid müəllim) haqqında danışıqları ürəyimin döyüntüsünü artırmışdı. Üstəlik, ilk gündən verdiyim qərardan peşman olmuşdum. Bu peşmançılıq bir-iki ay sürməklə, məni çox şiddətli şəkildə, həm də əzabla təqib etdi. Dil-ədəbiyyat öyrətmənimiz – Cavid müəllimin də bu işdə xüsusi rolu vardı. Onun hər addımda bizi danlaması, dərslərə xüsusi diqqət ayırması fikrimdəki öyrətmən surətinin tamamilə əksi rolunda gördüyüm bu insana qarşı qorxularımı günbəgün artırırdı. Əslində, bütün bunlar bu böyük insanların həyatımdakı rolundan xəbərsiz düşüncələrimdi…
Aylar ötdükcə düşüncələrim tamam dəyişdi. Evinin qapılarını təhsil almaq azusunda olan bütün bilgisevərlərin üzünə təmənnasız taybatay açmış Riyaziyyat öyrətmənimiz Ömər müəllimin, tariximizi sevdirən, üzərimizdə böyük əməyi olan Bəhruz müəllimin, hazırlığı, insanlığı, bütünlüklə həyatı sevdirən Cavid müəllimin fədakarlığı öyrətmən anlayışını qəlbimdə sevgiylə ucaltdı. Onların üzərimdəki haqqını bir yazıya sığdıra bilməsəm də, Vətənə təhsilli gənclər yetişdirmək uğrunda gecə-gündüz çalışan, bu adın şərəf və ləyaqətini öz simalarında bütün gözəlliyi ilə təcəssüm etdirən bu insaları tanıtmağı mənəvi borc sayıram. Hərdən məktəb illərini xatırlayanda onun mənə nə qazandırdığını düşünərkən, əslində, ömrümün 11 ilini itirdiyimi, bunun necə də dəhşətli bir şey olduğunu anlayıram. Bu itki yalnız təhsil anlayışıyla yetərlənmir, orta məktəb illərindən yaddaşımda iz qoymuş, həyatımdakı rolunu xatırlayaraq anacağım bir öyrətmənin olmaması da dəhşətin bir hissəsidir. Geriyə dönüb baxdığımda 1il 6 aylıq hazırlığın verdiklərini 11 illik məktəb həyatının qazandıra bilmədiyini görürəm. Həmin o 11 il müəllim sözünü “öyrətmən” ifadəsiylə əvəzləyə biləcək qədər sayğı və sevgini yarada bilməmişdi. Mən o zaman anladım ki, pis uşaq kimi pis sahə də yoxdur, pis öyrətmən və pis mühit var…

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button