2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Oğru rejimlərin Qərbə təsirinə qarşı mübarizə gücləndirilməlidir

Çərşənbə günü Vaşinqtonda Qərb demokratiyalarının avtoritar rejimlərlə bağlı siyasətinə həsr olunmuş dinləmələrdə ekspertlər və keçmiş diplomatlar iştirak ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Müasir kleptokratik rejimlərin öyrənilməsi üçün təsis edilən Hadson İnstitutunda yaradılan iki ekspert qrupu kleptokratik normaların Qərbə ixracı metodları haqda hesabat təqdim ediblər. Hesabatda Qərb demokratiyasını pozmaq üçün avtoritar postsovet rejimlərinin istifadə etdikləri metodlar və bunun qarşısının alınması yolları təhlil edilir.

“Biz bu cür “dəyərlər”dən Qərbə hansı təhlükənin olduğunu və bunun qarşısının necə alınmasını daha yaxşı başa düşməliyik”, – sənədin müəllifi İlya Zaslavskaya bildirib.

1991-ci ildə sovet imperiyası çökərkən ümid vardı ki, azad seçkilərə, səlahiyyət bölgüsünə və qanunun aliliyinə əsaslanan Qərb demokratiyası və liberal kapitalizm, nəhayət, postsovet ölkələrində də kök salacaq.

Ancaq Qərb özünün demokratik normalarını ixrac etmək əvəzinə bu gün öz dəyərlər sisteminə koordinasiya olunmuş hücumların obyektinə çevrilir.

“Avtoritarizm, korrupsiya və kleptokratiya ələ- ələ addımlayır və bir-birini möhkəmləndirir. Qərb korrupsiya və avtoritarizmin qarşısını almaq üçün səylərini ikiqat artırmalıdır”, – ABŞ dövlət katibinin keçmiş köməkçisi Devid Kramer bildirib.

O əlavə edib ki, Qərbə yol tapan pullara böyük diqqət yetirlməlidir.

“Azadlıq” radiosunun keçmiş rəhbəri Ceffri Gedmin bildirib ki, bəzi Qərb dairələri kleptokratlarla əlbir olub. “Odur ki, biz öz hərəkətlərimizdən də xəbərdar olmalıyıq”, – o qeyd edib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib ki, korrupsiyaya uğramış indiki liderlər nəsli “özünü çox rahat hiss edir, heç nədən utanmır”.

“Onlar əvvəlki nəsildən daha təhlükəlidir. Hətta Heydər Əliyevin idarəçiliyi dövründə nəzarət edilən proses vardı və adamlara öz üstünlüklərini və əldə etdikləri gəlirləri açıq nümayiş etdirməyə imkan verilmirdi. O vaxtlar müəyyən intizam və məsuliyyət vardı”, – o bildirib.

R.Kozlariçin fikrincə, Qərb sanksiyalar tətbiq etməklə və şəffafıq üzərində çox işləməklə “daha aqressiv” hərəkət etməlidir. “Bu, Birləşmiş Ştatlar üçün milli təhlükəsizlik problemidir”, – o vurğulayıb.

“Biz həqiqətən sanksiyalar üzərində düşünməliyik, bu, konkret hökumət məmurlarına qarşı maliyyə sanksiyaları da ola bilər”, – o qeyd edib. (contanct.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button