2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Oğul iqtidardakı atasına qarşı “YouTube üsyanı” qaldırdı

Venesuelada hökumətyönlü insan haqları ombudsmanının oğlu atasına etdiyi videomüraciətlə cəmiyyəti riqqətə gətirib.

O YouTube saytına yüklədiyi videoda atasını “ədalətsizliyə son qoymağa” çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Venesuelada müxalifət insan haqları ombudsmanı Tarek Saabı, insan haqlarının pozulmasına və ölkəni diktaturaya sürükləyən solçu prezident Nicolas Maduronun zorakılıqlarına göz yummaqda ittiham edir.

Karakasda son günlər keçirilən izdihamlı yürüşlərdə etiraz edənlər nümayişi Saabın ofisi qarşısına yönəltməyə çalışsalar da, polis hər dəfə etirazçıların qarşısını gözyaşardıcı qazlar və dəyənəklərlə alır.

Bu ayın əvvəlindən davam edən etiraz aksiyalarının əsnasında 29 nəfər həyatını itirib.

Məhz buna görə də internetdə qüdrətli atasına qarşı səsini ucaldan gəncin hərəkəti venesuelalıları şoka salıb.

Yibram Saab bu çıxışında deyir: “Ölənlərdən bir də mən ola bilərdim”.

O atasını ölkədə konstitusiyanın aliliyini bərpa etməyə çağırır. Gənc deyir ki, Ali Məhkəmə müxalifətin çoxluq təşkil etdiyi parlamentə qarşı qərar qəbul etməklə konstitusiyanı pozub.

Daha sonra oğul iqtidardakı atasına bu sözlərlə müraciət edir: “Ata: Bu anın özündə sən bu ölkəni batıran ədalətsizliyin qarşısını almaq qüdrətindəsən. Mən oğlun kimi səndən təmsil etdiyin Venesuelanın adından xahiş edirəm: Fikirləş və nəyi etməyə borclusansa onu et. Mən başa düşürəm. Bilirəm ki, bu asan deyil. Lakin bu, edilməsi düzgün olandır”.

Atalar və oğullar

Qərb mediası yazır ki, bu müraciətə ombudsman ofisindən hələlik cavab olmayıb.

Lakin bundan sonra prezident Maduronun oğlu Tvitterdə Saabın oğluna müraciət edərək mövqeyini dəyişməyə çağırıb.

Prezident oğlu atasının 2014-cü ildən bəri verdiyi bəyanatı təkrar edərək müxalifəti “terrorçu” adlandırıb.

Maduronun oğlu yazıb ki, Yibran “üç dəqiqəlik şöhrətdənsə”, atasına zəng edib dəstək verməli və onun sözlərinə qulaq asmalı idi.

Lakin əvəzində video müxalifəti qanadlandırıb. Maduronun opponentləri deyirlər ki, bu hadisə hətta Çavizmin öz sıralarındakı ixtilaflardan xəbər verir.

Müxalif millət vəkillərindən Juan Andres Mejia video ilə əlaqədar sosial mediada yazıb: “Biz bunu əvvəllər də demişik. Venesuela parçalanmayıb. Əksəriyyət dəyişiklik istəyir. Bu gün bu rejimə güc verənlərin ailələri də bu əksəriyyətin içindədir”.

Müxalifət Madurodan parlament seçkisinin keçirilməsini və bütün məhbus fəalların azad olunmasını tələb edir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button