2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Oğurlanan dindar fəaldan bir sutkadan coxdur xəbər yoxdur

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran işi üzrə məhkəmə proseslərinin fəal iştirakçılarından biri olan Əhsən Nuruzadədən bir sutkadan çoxdur ki, xəbər yoxdur.

Sentyabrın 19-da günorta saatlarında evdən mağazadan siqaret almaq adı ilə çıxan və görənlərin deməsinə görə, evinin yaxınlığında 3-4 nəfər mülki geyimli vasitəsilə maşına mindirilib aparılan Nuruzadənin harada saxlandığı bilinmir.

Saytların yığılması Saytlarin yigilmasi

Yaxınları onun yerini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Polislər gəlib ailə üzvlərinin izahatını alıblar. Amma hələlik, heç bir nəticə yoxdur.

Ə.Nuruzadənin vəkili Yalçın İmanov Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə də məlumat verib: “Ötən dəfə baş verənləri nəzərə alaraq, düşünürük ki, Əhsən Nuruzadənin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanması ehtimalı var. Ona görə bu idarə ilə əlaqə saxladım, amma heç bir məlumat vermədilər. Nərimanov Rayon Məhkəməsindən öyrəndim ki, son iki gün ərzində belə ad-soyadda adam haqqında inzibati həbs, yaxud həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar olmayıb. Axtarışlarımız davam edir”.

Əhsən Nuruzadə 2017-ci il yanvarın 24-də də evinin yaxınlığında mülki geyimlilər tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılmışdı. Yalnız yanvarın 30-da onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli oldu. O vaxta qədər isə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubova, müxtəlif polis idarələrinə, Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etsələr də, yerini öyrənə bilmirdilər.

Yanvarın 30-da vəkilə Əhsən Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirilib ki, o, polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası alıb. Qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.  (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button