ÖLKƏ

Oğurluq edən əmioğlular saxlanıldı


Masallıda mağazadan oğurluq edilib.

DİN-dən Sfera.az-a verilən məlumata görə, Masallı şəhər sakini E.Abdinov Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib. 

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayon sakinləri E.Kərimov və əmisi oğlu, əvvəllər məhkum olunmuş B.Kərimov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.




24 saat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button