2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Oğurluqda ittiham edilən xalq artisti: “Allah eləsin həmin sırğanı götürən adam tez tapılsın”

Südabə Zalova adlı qadın iddia edir ki, Məmmədov şadlıq saraylarından birində onun sırğasını yerdən tapıb. “Ölkə.Az” səsləndirilən ittihamlarla bağlı xalq artistinin fikirlərini öyrənib.

– Ramiz müəllim, Südabə Zalova adlı qadın sizi oğurluqda ittiham edir. Həmin məclis nə vaxt olub?
– O görüntülər dekabr ayında çəkilib. Məhərrəm Bədirzadənin nəvəsinin toyu idi.
– Südabə xanım Məhərrəm Bədirzadənin qohumudur?
– Dəqiq bilmirəm, o qadını tanımıram.
– Bəs niyə məhz sizdən şübhələnir?
– Məclisə saat səkkizdə gəldim. Gödəkçəmi soyunanda ayağım sürüşdü. Gördüm ki, ayağımın altında nəsə var. Elə bildim düymədir. Koftada olur e, üzüyün qaşına bənzəyir, bax ondan idi. Götürdüm, yerdə yox idi ki atım, qoydum cibimə. Məni qarşıladılar, oturduq, yedik-içdik, gecə birin yarısında evə getdik. Səhəri gün Məhərrəm zəng vurdu ki, qudalarım bizə gəlmişdi. Bir qadın zəng vurub ki, sırğamı itirmişəm, kameraya da sən düşmüsən aşağı əyiləndə. Dedim ki, götürmüşəm. Evdəkilərə də göstərdim ki, bunu dünən yerdən tapmışam. Həmin gün də aparıb Məhərrəmə qaytardım. Qadın da mənə zəng vurub ki, o deyil, mənim sırğam qızıl idi. Dedim, ay bacım, mən onu tapmışam. Bəlkə mən yerdən düyməmi, alışqanımı götürmüşəm. Sən həmin gün niyə demirdin ki, sırğam itib, deyəydin də?! Onu başa sala bilmədim. Dedim, ay qız, məgər mən əşya tapanam?
Qadın bildirir ki, siz onu təhqir etmisiniz?
– Kimin yanında, harda təhqir etmişəm? Dedim ki, məndən nə istəyirsən, şantaj etmək istəyirsən? Məgər bu təhqirdi? Dedim, məndən şübhələnirsənsə, polisə şikayət elə. Əgər bu cinayətdirsə, gəlib məni tutub aparsınlar da.
– Polisə çağırılmısınız?
– Nizami rayon polis idarəsinin 24-cü bölməsindən Allahşükür adlı müstəntiq zəng vurdu ki, Ramiz müəllim, sizdən şikayət var. Getdim, sizə danışdığım kimi onlara da danışdım. Mənə dedi ki, deyəsən bu qadında psixoloji problem var. Allah eləsin həmin sırğanı götürən adam tez tapılsın. Bilinsin ki, burada mənlik bir şey yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button