2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Oğuz sakini: “Özümü şəhid anası yox, futbol topu kimi hiss etdim”

Oğuzun Dəymədərə kənd sakini Rübabə Məmmədova da pensiyasının kəsilməsindən şikayətlənir.

Bu barədə Arqument.az-a Rübabə Məmmədova özü danışıb.

Onun sözlərinə görə, 2004-cü ildə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (“Respublikanski”) ağır əməliyyat keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu əməliyyatdan sonra – 2006-cı ildən ildən gəzə bilmir, ayaqlarında ciddi problemlər var.

2011-ci ildə ona xəstəliyinə görə pensiya təyin edilib və hər beş ildən bir həkim komissiyasından keçib.

Beləcə, 2021-ci ilə qədər müavinət alıb, amma sonradan pensiyası kəsilib.

Rübabə Məmmədova II Qarabağ müharibəsinin şəhidi Abid Məmmədovun anasıdır.

“Şəki-Oğuz yollarını ölçməkdən yoruldum”

Dediyinə görə, 2021-ci ildə pensiyası kəsiləndən sonra dəfələrlə rəsmi qurumların qapısını döyüb, pensiyasının bərpa olunması üçün çalışıb.

Ötən ilin avqustunda müraciətinə imtina cavabı gəlib.

Həkim komissiyasının üzvləri (Ülkər həkim) ona verdikləri rəydə bildiriblər ki, pensiyası dərhal bərpa olunmalıdır.

Hətta ətraflı izah və göndərişlə (forma-88) Bakıya göndəriblər: “6 dəfə rəsmi qəbulda olmuşam, amma heç bir nəticəsi olmadı”.

“O qədər Şəki-Oğuz yollarını gedib gəlmişəm ki, yolları gözüyumulu tanıyıram. Şəki-Oğuz yollarını ölçməkdən yolları əzbərləmişəm”, – Rübabə Məmmədova belə deyir.

Şəhid anası dəfələrlə Şəkiyə – regional idarəyə getsə də, nəticə əldə edə bilməyib. Bundan sonra Bakıya üz tutub.

O, problemlə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib.

Ona bildirilib ki, qalxanvari vəzin problemləri, zob və təzyiq xəstəliklərinə görə təyin olunan pensiyalar kəsilib: “Dedilər ki, daha bu xəstəliklərə pensiya verilmir. 5 №-li xəstəxanada Fikrət həkim mənə reabilitasiya mərkəzində yatıb müalicə almağı məsləhət gördü. 4 dəfə ağır əməliyyat olduğumu, sağlamlıq problemlərimi, öd əməliyyatı keçirdiyimi və şəhid ailəsi olaraq çətinliklərlə üzləşdiyimi desəm də, heç bir tələbim yerinə yetirilmədi”.

“Deputat da kömək etməyib”

Rübabə Məmmədova probemlə bağlı Oğuzun deputatına da müraciət edib, amma onu qəbul etməyib: “Məni əməllicə oynatdılar. Özümü futbol topu kimi hiss etdim”.

Deyir ki, hazırda himayəsində şəhidin ailəsi – həyat yoldaşı və bir körpəsi qalıb. Maddi durumları isə ağırdır, ailənin gəliri yalnız şəhid ailəsinə verilən 500 manatdır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

24saat.org” “Oğuz sakini: “Özümü şəhid anası yox, futbol topu kimi hiss etdim”” başlıqlı yazını “Arqument”ə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button