2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Oğuzun polis rəisi restoran tikdirdi, fəhlələrin pulunu vermədi-FOTO

Tahir Quliyevin “Qızıl Balıq” restoranında çalışan işçilərə 7250 manat borcu var, pulu ödəməmək üçün onları təhdid etdiyi bildirilir

Oğuzun polis rəisi Tahir Quliyevdən şikayət var. Şikayətçi isə Ucar rayonu, 28 May küçəsi ev 17-də yaşayani Əhmədov İlyas Mirabdulla oğludur.

Ucar sakini JAM.AZ-a yazır ki, polkovnik Tahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, onun 7250 manat pulunu mənimsəyib. İlyas Əhmədov iddia edir ki, bu ilin yanvarında polis rəisi Tahir Quliyevə məxsus Bərdə rayonu ərazisində yerləşən ”Qızıl balıq” otel-restoranının tikntisinin kafel-metlaq və taxta işləri aparıblar. “5 hektardan çox ərazini əhatə edən həmin otel-restoranda böyük binalar, 15 ədəd kiçik evlər, çoxlu sayda “besedka”ların bütün kafel, metlax və taxta işlərini gördük. Atam, mən və iki qardaşım 6 ay burada gecə-gündüz zəhmət çəkib işlədik. Polis rəisindən pulumuzu istədikdə üstümüzə qışqırıb bizi həbs etdirəcəyi ilə hədələyib, qovdu və pulumuzu vermədi”.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edir ki, bu tikinti işi çox geniş olduğundan özləriylə Ucar rayonundan Bərdəyə 10 nəfər fəhlə də aparıblar. “Polis rəisi pullarımızı vermədiyi üçün məcbur olub ”Ford” markalı şəxsi avtomobilimizi 5500 manata satıb fəhlələrin pulunun bir hissəsini verdik, bir hissəsi isə qaldı. İndi isə çıxılmaz vəziyyətdə qalmışıq. Çünki fəhlələri biz aparmışdıq, onların pulnu verməliyik, hələ öz zəhmət haqqımızı demirik. Düz 6 ay polis rəisinə möhtəşəm bir otel-restoran inşa etmişik”.

İlyas Əhmədov JAM.AZ-a yazdığı şikayət məktubunda bildirib ki, Tahir Quliyev əslən Bərdə rayonundandır və imkanı da çox-çox genişdir. “10.000 başdan çox qoyun sürüsü, Bərdə rayonunda iki böyük quşçuluq broyleri var. Ancaq bu boyda imkanlarının olmasına baxmayaraq, bizim haqqımızı yeyib”

Qeyd edək ki, Tahir Quliyev bundan əvvəl Ucar Rayon Polis Şöbəsinin rəisi işləyib. Bu ilin iyun ayında isə Oğuz RPŞ-yə rəis təyin edilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button