2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ohanyan da getsin, Xaçaturov da, Baqramyan da…

Ermənistanda aprel döyüşlərindən sonra həbs edilən yüksək rütbəli zabitlər korrupsyaya öz təşəbbüsləri ilə deyil, rəislərinin əmri ilə qurşanıblar.

Virtualaz.org xəbər verir ki, bu barədə “Biz ölkəmizin sahibiyik” vətəndaş təşəbbüsünün Ermənistan ordusunda baş verənlərə dair bəyanatında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Aprel döyüşləri zamanı Ermənistan ordusunun verdiyi itkilərə, təchizatda ortaya çıxan problemlərə görə Müdafiə Nazirliyinin dörd generalı işdən azad edilib, biri general olmaqla dörd zabiti həbs olunub.

Bəyanatda deyilir ki, hakimiyyət bu həbslərlə kifayətlənməyib müdafiə naziri Seyran Ohanyanı, silahlı qüvvələrin Baş qərargah rəisi Yuri Xaçaturovu və onun müavini Haykaz Baqramyanı istefaya göndərməlidir. “Bizim tələbimizin mahiyyəti budur ki, hakimiyyət sistemində kök salmış korrupsiyaya qarşı mübarizə imitasiya xarakteri daşımalı deyil”-bəyanatda deyilir.

Təşkilat bildirir ki, Serj Sərkisyanın müfəttişləri əsas günahkarları kənarda qoyaraq ordudakı korrupsiyada ikinci dərəcəli rol oynayanları həbs edir. Hansı ki, onlar korrupsiyaya öz təşəbbüsləri ilə deyil, yuxarı vəzifəlilərin iradəsi ilə qoşulub. “Digər tərəfdən bu mexanizm Serj Sərkisyanın əlində ona boyun əyməyən, təmiz zabitlərin arasında qorxu yaratmaq alətinə çevrilə bilər”-bəyanatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button