2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ohanyanın Qarabağa dair gizli səs yazısı yayıldı…

Ermənistan parlamentində Qarabağda yaranmış vəziyyətə görə müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə keçirilən qapalı görüş ətrafında qalmaqal yaranıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin görüş zamanı deputatlardan biri Seyran Ohanyanın səsini gizlicə yazıb.

Həmin görüşlə bağlı əvvəlcə KİV-lərə məlumat sızdırılıb. Parlamentin müdafiə məsələləri komitəsinin sədri Koruyun Nahapetyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, görüşdə Azərbaycan ordusunun Naxçıvanın Ermənistanla sərhədinə ağır texnika və artilleriya sistemləri yerləşdirməsi müzakirə olunub. Habelə Azərbaycanın bütün təmas xətti boyu hərbi qüvvələr cəmləşdirdiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin indi məlum olur ki, informasiyanın sızdırılması ilə yanaşı deputatlardan kimsə müdafiə nazirinin səsini gizlicə yazıb. Bu haqda hakim Respublika partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.

S.Ohanyan özü informasiyaların sızdırılması haqda danışarkən deyib ki, onun bundan sonra Qarabağ məsələsinə həsr edilmiş qapalı görüşdən KİV-lərə məlumat sızdıran deputatlarla işi ola bilməz.

V.Baqdasaryanın sözlərinə görə, həmin görüşdə təkcə respublikaçılar yox, başqa fraksiyaların üzvləri də olub. “Nazirin səsinin gizlicə yazılması qətiyyən xoşagələn hal deyil, xüsusən də söhbət Qarabağ problemindən gedirsə”-o bildirib. Baqdasaryanın sözlərinə görə, Ohanyanın səsini gizlicə yazan deputat görünür KİV-lərlə yaxşı münasibətlərini saxlamaq istəyib. Həmin səz yazısının bir hissəsinin internetə ötürüldüyü bildirilir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button