2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Oklahoma statının qubernatoru Azərbaycanda səfərdədir

Bakı/27.07.21 ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt Azərbaycana səfərə gəlib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan və Oklahoma 20 ilə yaxındır fəal tərəfdaşdır.

“Qubernator Stitt əlaqələri genişləndirmək və Azərbaycan hökuməti ilə işləmək üçün komandasını Azərbaycana gətirib”, deyə məlumatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) ABŞ-ın Oklahoma Universitetinin Neft və Geologiya Məktəbinin Direktoru Runar Nygaard ilə görüş olub.

Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, ADNSU nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, ADNSU-nun Neft və Qaz mühəndisliyi fakültəsinin dekanı Elman İsgəndərov, UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov, ABŞ-ın Azərbaycandakı səfirliyinin Təhsil işləri üzrə mütəxəssisi Raminə Mürşüdova və UFAZ-ın Təhsil departamentinin rəhbəri Lətifə Nəsibova iştirak edib.

Gəncə Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında akademik əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycana səfər etdiyini bildirən Oklahoma ştatının qubernatoru Kevin Stitt bu istiqamətdə UFAZ təcrübəsinin onlar üçün faydalı olacağını bildirib. Görüşdə Oklahoma Universiteti ilə ADNSU arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü nəticəsində yaradılmış ali təhsil müəssisəsidir. ADNSU Strasburq və Renn 1 universitetləri ilə birgə UFAZ kimi bir layihə həyata keçirir. Universitet Azərbaycan vətəndaşlarına öz vətənlərini tərk etmədən Fransa təhsil sistemi standartlarına uyğun olaraq təhsil almağa imkan verir.

Onu da xatırladaq ki, 2019-cu ilin noyabr 6-8 tarixlərində ABŞ-ın Oklahoma şəhərində keçirilən Oklahoma–Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimində Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov iştirak edib. -03B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button