2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Oktay Gülalıyev Penitensiar Xidmətə müraciət etdi

Hüquq müdafiəçisi Oktay Gülalıyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli rəis, həbsdə olan ictimai fəal, blogger, siyasi məhbus Qələndərov Mehman Hüseyn oğlu 28 aprel 2017- ci ildə Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişib. Hadisənin ilk günlərindən Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqlər şöbəsi onun ölümünü təkzib edərək məhbusun kamerasında sağ və salamat olduğunu və hər hansı şikayəti olmadığını bildirdi. Məlumat sosial şəbəkələrdə yayıldıqdan və məhrumun ölüm xəbəri yaxınları tərəfindən təsdiqləndikdən sonra Respublika Prokurorluğunun və Penitensiar Xidmətin birgə yaydığı açılqmada Mehman Qələndərovun saxlandığı 56 saylı kamerada mələfə ilə özünü asdığını bildirdi. Amma sonrakı günlərdə çox saylı ictimaiyyət nümayəndələrinin haqlı tələblərinə baxmayaraq M. Qələndərovun nəşi gizlədildi və gizli şəkildə dəfn olundu.
Biz, Mehman Qələndərovu yaxından tanıyan şəxslər olaraq, eyni zamanda əldə etdiyimiz məlumatlar və baş verən olaylar göstərir ki, adı çəkilən şəxsin intihar nəticəsində deyil, ağır işgəncələr nəticəsində dünyasını dəyişdiyi daha inandırıcı görünür.

Saytların yığılması Saytlarin yigilmasi

O çox iradəli, prinsipial və həyata bağlı, mübariz bir insan idi. Bakıda və Tbilisi də hakimiyyətdən insan haqlarının qorunması tələbi ilə keçirilən bir çox aksiyaların fəal iştirakçılarından olub. Həbs olunan gün- 07 fevralda isə “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələbi ilə Heydər Əliyevin heykəli önünə gedərək orda təkbaşına aksiya keçirib, etiraz şüarları səsələndirib. Məhz onun bu hərəkətindən dərhal sonra o həbs olunub və ona qarşı heç bir əsas olmadan narkotika ittihamı irəli sürülüb. Həbs olunan gün polis bölməsində ağır işgəncələrə və həbsdən sağ buraxılmayacağına dair təhdidlərə məruz qalıb. Bütün bu qeyd olunanlar isə onun intihar etməsi deyil, işgəncə ilə öldürülməsinə dair ehtimalları möhkəmləndirir.

Eyni zamanda Bakı İstintaq Təcridxanasında dustaqların özünün asmaq və intihar etməsi mümkünsüz vəziyyətdədir. Hətta bu faktın öncədən də “baş verdiyi” iddia edildiyi halda lazımi ölçü götürmədiyinə görə Penitensiar Xidmətin əlaqədar qurumları və vəzifəli şəxsləri birbaşa məsuliyyət daşıyır.

Biz vətəndaş cəmiyyəti nümayəndələri- hüquq müdafiəçiləri və müstəqil jurnalistlər olaraq Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında saxlandığı kamerasına baxış keçirmək istəyirik. Təcridxananın kameralarında intihar etmək imkanlarının hansı vəziyyətdə olub- olmamasını öz gözlərimizlə görmək istəyirik.
Cənab rəis,

Xahiş edirik bizim Bakı İstintaq Təcridxanasında Mehman Qələndərovun saxlandığı kameraya baxış keçirməyimizə şərait yaradasınız”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button