2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

30 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin il oktyabrın 8-də növbədənkənar sessiya bu məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar sessiyaya qatılmır.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin (mayın 28-də yaradılıb) hüquqi varisidir.

Saytların yığılması Saytlarin yigilmasi

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır. Əhalinin 95 faizinin bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdiyi açıqlanır. Hərçənd, bundan 9 ay öncə Azərbaycanda da SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilmişdi. Yerli hakimiyyətin iddiasına görə, səsverməyə qatılanların çoxu SSRİ-nin saxlanmasına səs vermişdi. Həmin referendumu müxalifət qüvvəsi- Azərbaycan Xalq Cəbhəsi boykot etmişdi. Bu təşkilat referendumun nəticələrinin saxtalaşdırıldığını açıqlamışdı.

O dövrün müstəqil araşdırmaçılarının fikrincə, 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhd və bunun qarşısının alınmasından sonra bütün SSRİ-də fərqli mənzərə yaranmış, müstəqillik tərəfdarlarının mövqeləri güclənmişdi. Elə həmin hadisələrdən bir qədər sonra da Azərbaycan və bir sıra müttəfiq respublikada Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

2006-cı il dekabrın 8-də Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü kimi qalsa da, artıq istirahət günü kimi qeyd edilmir. Müxalifət bu qərarı mənfi qarşılayıb.

Ad dəyişikliyi

Əslində, 18 oktyabr bu yaxınlara qədər Azərbaycanda Dövlət Müstəqilliyi Günü sayılırdı. Lakin bu günlər ölkə parlamenti bununla bağlı qanunvericiliyə dəyişiklik etdi. Müstəqillik Günü Müstəqilliyin Bərpası Günü, Respublika Günü (28 May) Müstəqillik Günü adını aldı. Bu qərar da müxalifətin tənqidləri ilə qarşılandı. Onlar bunu respublika dəyərlərindən həm adda, həm də reallıqda imtinanin nümunəsi kimi dəyərləndirdi.

Əliyev: 18 Oktyabrı təmtəraqla qeyd etmək yersizdir

Dünən, oktyabrın 17-də Füzuli rayonunda səfərdə olarkən prezident çıxışı zamanı 18 oktyabr tarixinə də toxunub. O, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etməyin, kiməsə buna görə minnətdar olmağın tamamilə yersiz olduğunu bildirib. O, fikirlərini belə əsaslandırıb: “Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün Qafqaz respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir”.

Müxalifət düşərgəsində deyilənlər…

Azərbaycan müxalifətinin təmsilçiləri isə deyirlər ki, Birinci Qarabağ savaşının gərgin dövrləri və müstəqillik mübarizəsi zamanı hazırki prezident İlham Əliyev xaricdə bizneslə məşğul olub. Onların fikrincə, bu üzdən prezident həmin dövrdə xidmətləri olan şəxsləri qısqanır…

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button