2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Oktyabrın 28-nə HAVA PROQNOZU

Azərbaycanda oktyabrın 28-nə gözlənilən hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-9° gündüz 17-19° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacağı ehtimalı var.

Saytların yığılması Saytlarin yigilmasi

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 5-8°, gündüz 15-18° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3-6° gündüz 10-15° isti, dağlarda gecə 2-4° şaxta, gündüz 3-5° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 8-12°, gündüz 17-22° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 8-11°, gündüz 16-19° isti, dağlarda gecə 2-4°, gündüz 7-10° isti olacağı bildirilir.

Respublikanın bölgələrində şərq küləyi əsəcək.

 

24saat.org hava proqnozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button