2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Olduğu kimi görünən insan…”

Tarixçi alim, BDU-nun professoru Elmira Muradəliyeva haqqında yeni kitab çapdan çıxıb. Elmi-biblioqrafik göstərici şəklində tərtib olunmuş kitabın redaktoru yazıçı-publisist, rejissor Nazim Rza İsrafiloğludur. Kitabda professorun indiyə qədər keçdiyi zəngin həyat yolu, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında əsas göstəricilər toplanıb.

Məşhur tarixçi alim Süleyman Əliyarlının yetişdirmələrindən olan Elmira xanım  tarix elmində böyük uğurlara imza atmış şəxsiyyətlərdəndir. Onun həm ölkədə, həm də ölkə xaricində tarix elmimizlə bağlı mühüm  nailiyyətlərdə adı var. O, eyni zamanda bir sıra  nüfuzlu mükafatların da sahibidir. Kitabın yaradıcı heyəti(tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov, Nigar İbrahimova, tərtibaçı Güllü Cahangir) bu məqamları nəzərə alaraq, nəşrin tərtibatında həm Elmira xanımın öz fəaliyyəti və uğurları, müsahibələri, həm də onun haqqında yazılan məqalə və yazıları bir yerə toplayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda BDU-nun ən nüfuzlu tarixçi-alimlərindən sayılan Elmira xanım haqqında yazılmış “Olduğu kimi görünən insan” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button