2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Öldürülən jurnalistin “suçu”

Yaxud “Azadlıq” radiosu niyə həqiqətin yox, cinayətkarların tərəfini tutur

Jurnalist Rasim Əliyevin öldürülməsiylə bağlı hələ də kimlərçünsə “qaranlıq məqamlar” var. Cinayəti törədənləri müdafiə edənlər də az deyil. Onların vəkillərini, valideynlərini, qohumlarını başa düşmək olar; vəkilin işi müdafiə etməkdir, cinayətkarı belə, yaxınlar, qohumlarsa əzizlərinin türmədə yatmasını istəmirlər, cinayətkar olsalar da. Bəs jurnalistlərin, bəzi media qurumlarının həmkarlarını, həm də həqiqəti müdafiə etməməsinin səbəbi nədir? Hansı maraqlar var burda? Yoxdursa, bəs niyə məhkəmədə baş verənlər fərqli şəkildə oxucuya çatdırılır, cinayətkarların müdafiəsi isə yazılarda açıq-aşkar görünür?

Saytların yığılması Saytlarin yigilmasi

Səbəb nədir ki, bir prosesdə eyni adamın dediklərini olduğu kimi yox, tərif olunmuş, ya da özlərinə sərf edən şəkildə ortaya çıxarırlar? Jurnalist Rasim Əliyevin qətlində təqsirli bilinmiş Elşən İsmayılov, Samir Mustafayev, Kənan Mədətov, Camal Məmmədov və Arif Əliyevin şikayətinə baxılması üzrə Bakı Apellyasiya Məhkəməsində martın 29-da növbəti iclas olub. Rasimi öldürənlər Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər. Olsun. İndi gəlin həmin iclasdan iki media qurumunun hazırladığı yazılardan sitatlara baxaq:

“Azadlıq” radiosu: https://us11.proxysite.com/process.php?d=fAxsalcfxNkS4GjJ%2Fs5aPydYIk3LnBAu0R6r9VCywBXCJ5rYcfJzSQJ9%2BZQ53x5b4NOxgXBSeo1YB5j9x5LobqOu9T06M24uOxv7F2kilnwtFydwH3hZtyST8xmrDeWDTGJ7st9A5B1bUBj6rD9EpAvAmA%3D%3D&b=1

“…Zərərçəkmiş Teyfurə Əliyeva da düşünür ki, övladının ölümündə təqsirləndirilən şəxslər qədər həkimlərin də suçu var: “Əlbəttə, Cavid Hüseynovun (“Qəbələ” klubunun və Azərbaycan yığmasının futbolçusu-red.) öyrədib göndərdiyi bu azğınlaşmış adamların hərəkətləri belə bir nəticəyə gətirib çıxarıb. Cavid qarışıq, bunlar təhlükəli adamlardır. Belələri Azərbaycan futbolunda olduğundandır ki, futbolumuz inkişaf eləmir də. Hesab edirəm ki, bu adamlara verilən cəza azdır. Amma həkimlər də vaxtında lazımi tədbir görməyiblər. Biz xəstəxanaya gedib çatana qədər Rasimi iki saata yaxın dəhlizdə saxlayıblar. Hətta buna görə Rasimin Babək həkimlə mübahisəsi də olub. Rasimin ölümündə həkimlərin rolu elə bunlar qədərdir. Ona görə həkimlərin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyirik”.

Contact.az: http://contact.az/docs/2017/Social/033000186718az.htm?65#.WN4O7_mLTIU

“…Daha sonra Rasim Əliyevin anasına söz verilib: “Müttəhimlərin sözlərinə görə, Rasimin ölümündə təkcə həkimlər təqsirlidir. Onlar deyirlər ki, belə zərbələrdən adam ölmür. Mən Rasimi USM edən həkimlə söhbət etmişəm. O gileylənirdi ki, həkim Babək Zeynalovun oğluma yardım göstərməməsini başa düşə bilmir. Axı onun pnevmotoraksı var idi. Rasimin başı zədələnmişdi, Elşən İsmayılovun vurduğu zərbədən sonra qulağı eşitmirdi. Bundan sonra Elşən zədə olmadığını deyə bilir? Bu insan birinci dəfə belə əməl törətmir. Əvvəllər o, bıçaqla adam yaralayıb və bu əməli cəzasız qalıb. Onlar bandit qrupudur, Cavid Hüseynov (aralarında olan mübahisə Rasimin döyülməsinə və vəfat etməsinə səbəb olan futbolçured.) da bu qrupa daxildir. Onlar Rasimi müşahidə kameraları önündə döyüblər. Hamı bilir ki, indi ən kiçik mağazada belə kamera var. Onlar buna necə cürət ediblər? Onların əməlləri Rasimin Cavid Hüseynovun və müttəhimlərin tərbiyəsiz olduğu haqqında sözlərini təsdiq edir. Mən Cavidin və Elşənin dəfələrlə Rasimə zəng etməsinin şahidi olmuşam. O, yalnız Cavidlə danışdıqdan sonra Elşənlə görüşməyə razılaşıb. Oğlumu aldadaraq evdən çıxarıblar və döyüblər. Bəli, həkimlərin də təqsiri var. Biz gələnə qədər iki saat Rasimi dəhlizdə saxlayıblar, yardım etməyiblər. O, Babəklə mübahisə edirdi, deyirdi ki: “Niyə məni xəstəxanaya yatırmırsınız?”. Müttəhimlərə gəlincə, onlar cəmiyyət üçün ən təhlükəli insanlardır. Qozbeli qəbir düzəldər. Onlar çıxan kimi yenə eyni şeyi təkrar edəcəklər. Kənan, sən haraya və niyə getdiyini bilirdin. Demə ki, təqsirin yoxdur. Beş nəfər bir adama necə hücum edə bildiniz? Bu, kişilik deyil, insanlıq deyil. Müttəhimlər barəsində hökmün qüvvədə qalmasını və həkimlərin məsuliyyətə cəlb olunmasını istəyirəm”.

Göründüyü kimi, Rasimin anasının ifadəsi “həkimlərin də müttəhimlər qədər günahı var” vurğusunda deyil, günahın yalnız həkimlərdə olduğunu deyənlərə cavabdır və  əsl günahkarların kim olduğunu göstərir. Ana həkimlərin günahını da deyir. Amma ən başlıcası, oğlunun qətlində indi azadlıqda olan Cavidin roluna və onun yaxınlarının əməllərinə şahidlik edir ki, elə bunun da üstündən “Azadlıq” radiosunun jurnalisti ustalıqla keçib. O, ananın fikirlərini öz istədiyi kimi verib və onu həkimlərə qarşı yönəldib.

Ümidliyik ki, hörmətli Zeynal müəllim media mütəxəssisi kimi yazılardakı fərqi müqayisə edib mövqe ortaya qoyacaq.

Rövşən Hacıbəyli

P.S. Azadlıq.info saytı da “Azadlıq” radiosunun məhkəmədən hazırladığı bu reportajı paylaşıb…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button