Gündəm
Olimpiadanın qaliblərinə böyük miqdarda pul mükafatları ayrılıb
Avqustun 13-də prezident İlham Əliyev “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 (yüz min) manat; ikinci yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat; üçüncü yeri tutan hər bir idmançıya 50 000 manat, onun məşqçisinə 25 000 manat veriləcək.
Paris olimpiadasında azərbaycanlı idmancılar 2 qızıl və gümüş, üç bürünc medal qazanıblar.