2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Oliqarxın oğlunun “Gelandewagen”i avtoxuliqanlığa görə müsadirə olundu

Rusiyada “Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun oğlu Ruslan Şamsuvarovun “Mercedes-Benz Gelandewagen” markalı cipi dövlətin xeyrinə müsadirə olunub.

SİVİL.AZ xəbər verir ki, buna səbəb oliqarxın ərköyün oğlunun növbəti dəfə həmin avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair videokadrların sosial şəbəkələrdə yayılmasıdır. Həmin kadrlarda Şamsuvarovun “Gelandewagen”i yolun ayırıcı zolağının üstü ilə sürdüyü əks olunur.

Məhkəmənin qərarına görə avtomobil Şamsuvarovdan müsadirə edilərək dövlət əmlak xidmətinin balansına verilib. Avtomobil daha sonra hərracda satılacaq, pulu dövlət büdcəsinə köçürüləcək. Əslində avtomobilin müsadirə olunması barədə qərar ötən ilin oktyabrında çıxarılmışdı. Lakin belə görünür ki, avtomobili oliqarxın oğlundan hələ almamışdılar və o, növbəti dəfə avtoxuliqanlıq edib. İndi isə məhkəmə qərarı icraya yönəldilib və “Gelandewagen” evakuatorla aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button