24saat.org Ölkə böyük terrorla üz-üzədir - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Ölkə böyük terrorla üz-üzədir

Milli Şura sәdri Cәmil Hәsәnli vәkil İradә Cavadovanın vәkillik fәaliyyәtindәn mәhrum edilmәsinә münadibәt bildirib. C.Hәsәnli feysbuk sәhifәsindә yazır:

 

“Iradə xanım Cavadova çoxdan tanıdığım vəkildir. Peşəkar, öz işinə vicdanla yanaşan, qanunun aliliyinə hörmət edən, haqsızığa düçar olan insanlara hüquqi və mənəvi yardım göstərməyə çalışan bir vəkildir İradə xanım. Vəkillər Kollegiyasının bəyan edilən səbəblər bəhanədir. İradə xanımı öz işinə vicdanla yanaşmağına, peşəkarlığına, haqsızlığa düçar olmuş insanları hüquqi yardımdan məhrum etmək üçün kollegiyadan çıxarırlar. Yalçın bəy əsassız olaraq kollegiyadan çıxarılanda İradə xanım bu haqsızlığa etiraz edən yeganə kollegiya üzvü idi. Son vaxtlar Xalid Bağırovu, Əlayif Həsənovu, Yalçın İmanovu, Fəxrəddin Mehdiyevi və digərlərini siyasi mülahizələrlə kollegiyadan uzaqlaşdırdıqları kimi İradə xanımı da müstəqil vəkillik fəaliyyətinə görə cəzalandırırlar. Burada söhbət insanları, xüsusi ilə siyasi mülahizələrlə həbs edilmiş insanları hüquqi yardımdan məhrum etməkdir. İş gəlib o yerə çıxıb ki, son vaxtlar həbs olunmuş insanlarla görüşən vəkillər onlara işgəncə verilməsi barədə gördükləri məlumatları ictimaiyyətə çatdırmağa ehtiyat edirlər. Bu gün ölkədə vəkillərin repressiya edilməsi siyasəti həyata keçirilir və bütün göstərişlər də bilavasitə prezident aparatından gəlir. Hakimiyyətin əsas məqsəd qanunun aliliyini üstün tutan müstəqil müdafiə institutu yaratmaq deyil, rejimi müdafiə edən, onun dediyi ilə hərəkət edən, siyasi opponentlərini hüquqi yardımdan məhrum edən Vəkillər Kollegiyası formalaşdırmaqdır və bu iş hazırda repressiv metdodlarla həyata keçirilir. Bu gün İradə xanım bu repressiyanın hədəfindədir. Səhv etmirəmsə İradə xanım saxta ittihamlarla həbs edilmiş Saleh Rüstəmlinin vəkili olub və onun kollegiyadan uzaqlaşdırılması da məhz bununla bağlıdır. Hakimiyyət öz opponentlərin yalnız saxta ittihamlarla, siyasi mülahizələrlə tutmur, həm də onları effektli hüquqi yardımdan məhrum edir. Belə yanaşma günahsız insanların “Bandotdel”də səssiz-səmirsiz məhv edilməsi siyasətidir. Ölkə böyük terrorla üz-üzədir.”

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.