Gündəm

“Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, istefa verərəm”

 “Azərbaycanda inhisarçılıq yoxdur”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib.

“Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin. Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar da daxil olmaqla və qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə sərbəstdir”.

DGK sədri inhisarçılığın bir faizini göstərən olacağl təqdirdə istefaya gedəcəyini bildirib: “Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik”.

DGK sədri xaricdən telefon gətirilməsi məsələsinə də toxunub.

“Bu gün qəbirstanlıqdan bir ad götürüb, xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər. Özü də bu telefonların hamısı qiyməti 1 000 ABŞ dollarından çoxdur”.

Onun sözlərinə görə, artıq bu faktlarla bağlı istintaq gedir, cinayət işləri başlanılıb: “Bu gün bizim problemimiz “qurunun onuna yaş da yanar” dediyimiz məsələdir. Qanunvericilikdə güzəşt varsa, cəmiyyətimizdə bundan sui-istifadə edənlər var. Bizim üçün bu riskdir”.

S. Mehdiyev onu da bildirib ki, ölkəyə mal idxalı ilə məşğul olan “Comex” şirkəti Komitəyə elektron qaydada müraciət edib: “Biz malları qaytarmaq üçün 2 gün sonra onları geriyə yazırıq. Sonradan məlum olur ki, həmin mallar anbarda yoxdur. Bununla bağlı 4 gömrük işçisi haqqında cinaəyt işi başlanılıb. “Comex” şirkətinin özünü cinayət məsuliyyətinə cəlb etmişik. Beynəlxalq şirkətlər də oyun oynayır. Elektron ticarət sivil ticarətdir və bunu etmək lazımdır. Amma bu, o demək deyil ki, vergi rüsümunun ödənilməsindən yayınmalısan və yaradılmış imkanlardan, dövlətə çatacaq vergi rüsümlarından azad olmalısan. Bizim problemimiz budur. Bunun qarşısını almaq üçün bütün xidmətlər aeroportda cəmləşdirilib. Əgər əvvəllər gündəlik 1-2 min manat vergi toplanılırdısa, bu gün 20-30 min manat vergi toplanılır. Biz bu yolla vergi yığımını 30 dəfə artırdıq”.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

 

24saat.org xəbəri Report-a istinadən təqdim edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button