2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Ölkədə neftçilərin sayı 25-30 faiz azalacaq”

“Exo” qəzeti «Azərbaycanın neft-qaz sektorunu yeni ixtisarlar gözləyir» sərlövhəli məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, dünya bazarında neftin qiymətinin enməsi ilə bu sahədə çalışan şirkətlərdə çoxsaylı ixtisarlar aparılıb: «Azərbaycan iqtisadiyyatı neft-qaz üzərində dayanır. Bu yaxınlara qədər bu sahə ixrac gəlirinin 90 faizindən çoxunu təmin edirdi. Neft-qaz sahəsində çalışanların nisbətən yüksək gəlirə malik olması digər sahələrdən də bu istiqamətə işçi axınına səbəb olmuşdu. Amma neft böhranının başlaması ilə bu sahədə ixtisaslaşan bir çox şirkətlər əməkdaşların ixtisarına başladılar».

Saytların yığılması Saytlarin yigilmasi

Yazıda BP-nin açıqlamasına istinadən vurğulanır ki, bu şirkət 2017-ci ilin sonuna kimi, Azərbaycan da daxil olmaqla, bəzi bölgələrdə 4 min nəfərə qədər iş yerini ixtisar edəcək.

İqtisadçı Seyfəl Əliyev isə deyib ki, Azərbaycanın neft-qaz sektorunda kütləvi ixtisarlar müşahidə olunmur. Ancaq ixtisarlar ara-sıra, hələ də, davam etməkdədir: «Podratçı-təşkilatlar 3-4 il bundan öncəki kimi qazana bilmirlər. Odur ki, çoxsaylı işçi ştatları saxlamaq səmərəli deyil. Bu proses bundan sonra da davam edəcək və elə hesab edirəm ki, Azərbaycanın neft-qaz sektorunda işləyənlərin sayı 25-30 faiz azalacaq».

«Xidmət-iş» Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da bildirib ki, hələ ki, neft sektorunda qlobal ixtisarlardan söhbət getmir. Baxmayaraq ki, bu sektordan ara-sıra belə siqnallar daxil olur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button