2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Ölkədə niyə dərman TAPILMIR? – RƏSMİ AÇIQLAMA

Paytaxt aptektlərində Rusiya və Avropa istehsalı olan dərman preparatalarının qıtlığı ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova AzNews.az-a bildirib ki, ölkəyə gətirilən dərman preparatlarına nazirlik cavabdeh deyil: “Ölkəyə dərmanları biznesmenlər gətirir. Ona görə də bu məsələyə İqtisadiyyat Nazirliyi cavab verməlidir”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbaz Əliyev isə Publika.az-a bildirdi ki, onlara dərman qıtlığı ilə bağlı məlumat daxil olmayıb: “Mediadan xəbərləri izlədik. Məsələni araşdıracağıq”.

Xatırladaq ki, bu gün millət vəkili Fazil Mustafa apteklərdə xarici istehsal, xüsusilə Rusiya və Avropa istehsalı olan dərman preparatlarının tapılmadığını, aptek satıcılarının bu məsələylə bağlı “fəryad” etdiyini yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button