Ölkədən çıxışınıza "STOP" qoyulub-qoyulmadığını BURADAN ÖYƏRİNİN - 24 saat xəbərlər
Now Reading:
Ölkədən çıxışınıza “STOP” qoyulub-qoyulmadığını BURADAN ÖYƏRİNİN

Ölkədən çıxışınıza “STOP” qoyulub-qoyulmadığını BURADAN ÖYƏRİNİN

Bir çox hallarda vətəndaşlar xaricə getmək istəyərkən, sərhəd və gömrük keçid məntəqələrində ölkədən çıxışlarına məhdudiyyət qoyulduğu məlum olur.

24saat.org xəbər verir ki, məhdudiyyət vergiyə və banklara olan borcla, həmçinin hər hansı cinayət işinin araşdırılması məqsədilə qoyula bilər. Qəfildən sərhəddə belə halla rastlaşmaq isə vətəndaşların işini xeyli çətinə salır. Planlaşdırılmış işlər qalır, alınan biletlər qaytarılmalı olur, bir çox halalrda isə “batır”.

Bu kimi hallarla rastlaşmamaq üçün, vətəndaşları bir sual narahat edir ki, çıxışa məhdudiyyət, yəni STOP  qoyulub-qoyulmadığını necə öyrənmək olar?
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin istifadəyə verdiyi elektron xidmət vasitəsilə isə ölkədən çıxışınıza qadağa qoyulub-qoyulmadığını səfərə çıxmazdan öyrənə biləcəksiniz.
Hər iki xidmət pulsuzdur:

Ədliyyə Nazirliyi – “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” xidməti

Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmış axtarışda olan mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslər (borclular) barədə məlumat xidməti

 

 

Input your search keywords and press Enter.