2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ölkəmizdə sosial-psixoloji və siyasi durum niyə gərginləşir?

Nəsimi Məmmədli

Burada həm obyektiv həm də subyektiv amillərin rolu var.
Obyektiv amillər neftin kəskin ucuzlaşmasının və koronovirus pandemiyasının ölkə iqtisadiyyatına sarsıdıcı təsirləridir. Subyektiv amillər isə iqtidarın müxalifətə qarşı repressiv davranışı ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Müşahidələr və təhlillər göstərir ki, iqtidar post-pandemiya dövründə cəmiyyətdə yarana biləcək sosial dalğalanmadan dərin təşviş keçirir. Elə düşünür ki, müxalifəti cəmiyyətdən təcrid etməklə gələcək siyasi prosesləri idarəolunan istiqamətə yönəldə biləcək. Son günlər yanlış hesablamalardan doğan yanlış qərarların qəbul edildiyini görməkdəyik.

Demokratik seçkilərin keçirildiyi azad ölkələrdə iqtidarı da müxalifəti də seçici müəyyən edir. Bizim kimi qeyri-azad ölkələrdə isə iqtidarın gerçək müxalifətini narazı və etirazçı kəsim formalaşdırır.
Demokratik seçki keçirməyən iqtidar nə qədər cəhd etsə də öz xəyalında təsəvvür etdiyi və arzuladığı “müxalifəti” cəmiyyətə qəbul etdirə bilməz. İqtidar bu perspektivsiz inadkarlığından nə qədər tez vaz keçə bilsə, həm özünə həm də cəmiyyətə yaxşılıq etmiş olar.

Hazırda iqtidarın açıq hədəfə götürdüyü, repressiyaya məruz qoyduğu siyasi qüvvə onun əsas müxalifətidir. Bu müxalifəti ictimai rəydə ayaqda saxlayan fenomen məhz narazı xalqdır. Hüquqsuzluqdan, ayrıseçkilikdən, sosial-iqtisadi çətinliklərdən təngə gəlmiş insanlardır.

Son günlər iqtidarın AXCP sədri Əli Kərimliyə və partiyasının fəal üzvlərinə qarşı atdığı qanunsuz addımlar haqlı olaraq cəmiyyətin müstəqil insanlarında dərin narahatlıq yaradıb.
Əli Kərimlinin evində internet və mobil rabitə əlaqələri qanunsuz olaraq kəsilib. Onun sosial şəbəkələr vasitəsilə cəmiyyətlə əlaqələri tamamilə qapadılıb. Faktiki olaraq müxalifət liderinə qarşı dövlət səviyyəsində açıq hüquqpozma baş verməkdədir.
Ölkədə həmrəyliyə, dialoqa daha çox ehtiyacın yarandığı bir vaxtda, dövlətin idarəçiliyini əlində saxlayan qüvvənin öz rəqiblərinə qarşı belə basqıçı siyasəti yolverilməzdir.

Analizlər göstərir ki, iqtidarın bu yanlış siyasəti davam edərsə cəmiyyətdə sosial təlatümlər, sarsıntılar və ziddiyyətlər daha da arta bilər. Ölkəni böhranlı durumdan itkisiz çıxarmaq çətinləşər. Bütün anti-demokratik cəmiyyətlərdə xalq güclüdən (zorbadan) qorxur, haqlıya isə rəğbət bəsləyir. Bu gün xalqın haqlının yanında dayanmaması iqtidarı qanunsuz davranışlara ruhlandır.
İqtidar bilməlidir ki, sosial çətinliklərin, qadağaların və basqıların artması cəmiyyətin xarakterini dəyişəcək. Mürəkkəb və kəskin münasibətlərdən hamıdan çox onlar zərər çəkəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button