Now Reading:
Ölkəyə gətirilən kərə yağının qiyməti açıqlandı – RƏSMİ

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 9 milyon 876,09 min ABŞ dolları dəyərində 1705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında qeyd olunub. Başqa sözlə, Azərbaycana xaricdən gətirilən yağın bir kiloqramı 5,8 dollardır.

Bu göstərici həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 702,91 ton az, məbləğ baxımından isə illik nisbətdə 1392,28 min dollar çoxdur. Ötən ilin eyni dövründə Azərbaycana 8 milyon 483,81 min dollar dəyərində 2408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Yəni ötən il Azərbaycana xaricdən gətirilən yağın bir kiloqramı 3,5 dollar olub (fed.az).

24saat.org qeyd edir ki, Azərbaycanda kərə yağının bir kiloqramının satış qiyməti 15-20 AZN-dir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.