2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

ÖLKƏ BAŞÇISINA ETİRAZ EDƏN HƏKİM HƏBS EDİLİB

Novruz bayramı münasibətilə qanunsuz pul yığılmasına etiraz edən həkim “polisə müqavimət”də təqsirləndirilərək həbs edilib.

24saat.org  Az24.org saytına istinadən xəbər verir ki, həbs edilən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Elxan adlı həkimidir (soyadını dəqiqləşdirmək mümkün olmayıb – az24).

Martın 14-də səhər iclasında (hər gün səhər keçirilən qısa iclas) baş həkim Novruz bayramına görə həkimlərə pul yığmaları barədə tapşırıq verib. Elxan həkim isə buna etiraz edərək, “bizə nə maaş verilir ki, hələ bundan da bayrampulu yığırsınız” deyib.

Həkim maaşın azlığından şikayətlənmək və pul yığılmasına etiraz etməklə yanaşı, ölkə rəhbərliyi haqqında da tənqidi fikirlər səsləndirib. Ancaq onun bu etirazı həbslə nəticələnib.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, Elxan həkim işdən çıxıb evə gedərkən polis tərəfindən saxlanılıb və “polisə müqavimət” ittihamı ilə təqsirli bilinərək inzibati həbslə cəzalandırılıb.

Sayta verilən məlumatda bildirilir ki, onun həbsinə “üsyankar çıxışı” səbəb olub. Belə ki, xəstəxana rəhbərliyi onun barəsində dərhal “lazımi instansiyalara“ məumat verib.

Bundan sonra isə Elxan həkimə “ilkin xəbərdarlıq” olaraq 30 sutkalıq inzibati həbs verildiyi iddia olunur.

24SAAT.ORG

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button