2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ölkə səhiyyəsi adına daha bir RƏZALƏTLƏ bağlı Zakir Qaralova ŞİKAYƏT…

  moderator.az – a bir müddət öncə ölkə səhiyyəsinin acınacaqlı durumunu bütün çılpaqlığı ilə ortaya qoyan tükürpədici bir olayla bağlı məlumat daxil olmuşdu.

Belə ki, akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində dünyaya gəlmiş sağlam körpə tibbi personalın məsuliyyətsizliyi ucbatından faciəli şəkildə tələf olub. Bildirib ki, doğuşdan sonra hətta tibbi personal körpənin şəklini çəkib ona göndərərək muştuluq da alıblar. Nə qədər inanılmaz olsa da babanın bu sevinci uzun çəkməyib və uşaq həkimin və ya tibb bacısının əlindən sürüşürək döşəməyə düşüb, bu zaman aldığı ağır kəllə-beyin travması nəticəsində bir neçə saat sonra dünyasını dəyişib.
Oxucular soruşa bilərlər ki, bəs Moderator.az belə bir faciədən necə xəbər tutub?
Məsələ burasındadır ki, saytın əməkdaşı sırf təsadüf nəticəsində olaydan xəbər tutub. Belə ki, taksidən istifadə zamanı sürücünün hədsiz dilxor olduğunu görən əməkdaşımız onu danışdıranda bəlli olub ki, tələf olan onun nəvəsidir. Sərnişinin jurnalist olduğunu bilən sürücü Şakir Əmirov xeyli ürəklənib və günahkarların cəzalandırılması üçün sayt rəhbərindən kömək istəyib. Amma razılaşma belə olub ki, məsələ hələlik ictimailəşdirlməsin və Yasamal Rayon Prokurorluğuna müraciət edilsin.
Səhərisi gün (qeyd edək ki, hadisə düz 4 ay öncə – mayın 13-də 16.20 radələrində baş verib) Şakir Əmirov prokurorluğa rəsmən müraciət edib və 1986-cı il təvəllüdlü gəlini Əmirli Alfreda Tahir qızının tələf olan övladının ölüm səbəblərinin araşdırılmasını, təqsirkarların cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, Moderator.az-ın baş redaktoru da məsələyə müdaxilə edib və əvvəlcə Şakir Əmirovun verdiyi telefon nömrəsi ilə doğuşu həyata keçirən həkim Sevda Məmmədova ilə əlaqə saxlayıb. Həkim and-aman edib ki, onlar həmkarı Mələk Məmmədova ilə birgə normal doğuş apararaq uşağı tamamilə sağlam şəkildə bələmələri üçün tibb bacılarına (doğuşdan sonra lazımi prosedurları həyata keçirən personala) təhvil veriblər və uşağın hansı səbəbdən tələf olmasını bilmir. Uşağın məhz yerə düşərək aldığı travma nəticəsində öldüyü barədə zərərçəkmişlərin iddialarını onun diqqətinə çatdıranda isə əvvəl çaşqınlıq keçirsə də sonradan israrla xahiş edib ki, hətta belə bir hadisə olsa belə o bu barədə danışmaq istəmir və çək-çevirə salınacağından qorxur, odur ki, onu olayda heç bir günahı olmadığından bu işlərə qatmamağı xahiş edir.
Maraqlıdır ki, baş redaktor işi aparan Yasamal Rayon prokurorunun köməkçisi Nigar xanımın qəbulunda olur və ona ekspertiza təyin edildiyi, onun nəticəsi əsasında qərar qəbul ediləcəyi bildirilərək möhlət istənilir. Üstündən daha bir ay keçdikdən sonra son durumla maraqlandıqda bildirilir ki, artıq cinayət işi başlanılıb və istintaq aparılır.
Nəhayət, dünən Şakir Əmirov növbəti dəfə Moderator.az-a müraciət edərək prokurorluğun məsələni onları qane edəcək səviyyədə araşdırmaqda maraqlı olmadıqlarından şübhələnməsiylə bağlı narahatçılığını bildirdikdən sonra belə qərara gəldik ki, məsələni ictimailəşdirək. Zərərçəkmiş onun adından baş prokuror Zakir Qaralova müraciət etməyimizi xahiş edərək olayı şəxsi nəzarətinə götürməyi və nəvəsinin faciəli ölümünün baiskarlarının cəzalandırılmasının təmin edilməsini istəyir.
Biz də öz adımızdan və zərərçəkmişlərin adından hörmətli baş prokurora müraciət edərək müvafiq tədbirlərin görülməsinə tapşırıq verəcəyini gözləyirik və bəri başdan ona təşəkkürümüzü bildiririk. Ümid edirik ki, gec də olsa haqq yerini tapacaq və həm körpənin ruhu rahatlıq tapacaq, həm də ağır psixoloji travma alan valideynlər bununla təsəlli tapacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button