2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ölkədə 18 faiz uşaq bağçaya gedir

 

Yusif Bəkirov: “Büdcədən 90 faiz maliyyə vəsaiti ayrılsa, məsələ tam həllini tapar”

Saytların yığılması Saytlarin yigilmasi

Ölkə əhalisinin sosial istiqamətdə həll edə bilmədiyi çətinliklərdən biri də bağça yaşlı uşaqlarla bağlıdır. Bölgələrdə bu problem əvvəllki illərə baxanda qismən həll edilib. Yəni rayon mərkəzlərində  uşaq bağçaları müəyyən sayda fəaliyyət göstərir. Kəndlərdə isə bu məsələ hələlik həllini tapmayıb. Paytaxt Bakıya gəlincə, hazırda dövlət və özəl bağçalar olsa da, dövlət bağçalarına tələbat daha çoxdur və bu yöndəki çatışmazlıq özünü aydın şəkildə göstərir.  Əlaqədar  qurumlar müəyyən üsullarla  problemin həlli yolunu qaldırır. Hətta Bakıda yeni tikiləcək binaların birinci mərtəbəsində bağçaların yaradılacağı məsələsi Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan iclasında da qaldırılıb. Fəqət problem hazırda əhalinin çətinlik çəkdiyi əsas məsələlərdən biridir.

Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov söyləyir ki, hazırda Azərbaycanda  rəsmi şəkildə 18 faiz uşaq bağçaya gedir. Qeyri-rəsmi şəkildə isə bu hədd 8-9 faiz arasındadır. Liqa sədrinə görə, nə qədər ki dövlət büdcəsindən vəsait ayrılmayıb, problem tam həllini tapmayacaq:

“Bu gün 82 faiz uşaq bağçaya getmir. Çünki büdcədən yetərli həddə maliyyə vəsaiti ayrılmır. Ukraynada bu istiqamətdə dövlət proqramı hazırlayıb məsələni həll ediblər.  Orada özəlləşdirilmiş bağçaları dövlətə qaytarmaqla problemi həll ediblər. Almaniyada isə ev bağçaları var ki, bu təcrübə də məsələni asanlıqla həll edib.  Belə ki, binanın müəyyən hissəsini  icarəyə götürürlər. Bağçaya ayrılan misal üçün, 150 manatın 30-nu icarəyə, 120 manatını da uşaqlara baxan bağça işçilərinə verirlər.  Ev bağçaları belə fəaliyyət göstərməklə əhalinin bağça tələbatına uyğun gəlir. Lakin bizdə bu problem hələ də həll oluna bilmir. Dövlət büdcəsindən 90 faiz maliyyə vəsaiti ayrılsa, məsələ tam həllini tapar. Hazırda isə büdcədən bu qədər vəsait ayrılmır”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button