2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Ölkənin qida bazarında acınacaqlı vəziyyət formalaşıb”

 

Eyyub Hüseynov: “Əlaqədar dövlət qurumları qida bazarına lazımi nəzarət etmir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov 24saat.org-a açıqlamasında qida bazarına nəzarət etməsi gərəkən dövlət qurumlarını tənqid edib. E.Hüseynovun sözlərinə görə, bu gün qida bazarına nəzarət etməsi gərəkən iki əsas dövlət qurumunun heç biri öz işinin öhdəsindən lazımınca gələ bilmir:

Saytların yığılması Saytlarin yigilmasi

“Qida bazarına nəzarət etməsi gərəkən, qida təhlükəsizliyinə cavabdeh olan iki əsas dövlət qurumu var ki, bunlardan biri Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, digəri isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir. Hansı ki, bu qurumların hər ikisi yarıtmaz vəziyyətdə işləyir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 9 mərtəbəli binada oturur. Onların işi çörəyin qiymətinin 10 qəpik qalxmasını əngəlləməkdir. Onlar bununla öz işlərini bitmiş hesab edirlər. Məhz bu qurumların öz işinin öhdəsindən lazımi səviyyədə gələ bilməməsinin nəticəsidir ki, bu gün məlum sahədə olduqca acınacaqlı vəziyyət formalaşıb. İstehlakçılara təklif edilən məhsulların bir çoxu qida təhlükəsizliyinin tələblərinə cavab vermir. Bazarda insan səhhəti üçün təhlükəli olan məhsullar açıq şəkildə satılır. Dövlət qurumlarının fəaliyyətsizliyi isə bu sahədə vəziyyəti daha da mürəkkəbləşdirir”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button