2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ölkənin üzərinə daha 400 milyon dollar borc qoydular

Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (ADB) arasında 400 mln. ABŞ dolları həcmində iki kredit müqaviləsi imzalanıb.

Müqaviləni Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov, ADB tərəfindən isə qurumun Azərbaycan üzrə direktoru Nariman Mannapbekov imzalayıblar.

Məlumata görə, hər iki kredit Azərbaycanda dəmiryolu sektorunun inkişafı üçün nəzərdə tutulub. Birinci müqavilə üzrə 150 mln. dollarlıq kredit dəmiryolu sisteminin reabilitasiyası, ikinci müqavilə üzrə 250 mln. dollarlıq kredit isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyasına sərf olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də ADB-nin Direktorlar Şurası “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə iki hissədən ibarət ümumi dəyəri 400 mln. dollar kreditin ayrılması ilə bağlı qərar qəbul edib. Bank həmçinin müqavilə imzalanana qədər ADY-nin həyata keçirməli olduğu tədbirlərlə də bağlı şərt irəli sürüb. Şərtlərə əsasən, bir sıra sahələrdə, xüsusən də ətraf mühitin qorunması, işçilərin təhlükəsizliyi, infrastruktur, ərazinin seçilməsi və başqa məsələlərlə bağlı hökumət müəyyən addımlar atmalı idi.

Xatırladaq ki, ADB bu vaxta qədər Azərbaycana kredit, qrant və texniki dəstək proqramları çərçivəsində toplam olaraq 3,65 mlrd. dollar həcmində vəsait ayırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button