2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Ölü pişiyin hoppanmağı” nə deməkdir?

“Financial Times” yazır ki, yaxın gələcəkdə neft qiymətlərinin qalxması ehtimalı azdır və bu baş verərsə belə, “ölü pişiyin hoppanmağına” bənzəyəcək.

Ölü pişiyin hoppanması” (dead cat bounce) frazeoloji deyimi yalnız maliyyə və bazarlara aid edilir. Bu ifadədən bazarlardakı müvəqqəti dirçəlməni göstərmək üçün istifadə edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Məqalədə deyilir ki, neft qiymətlərinin ötən ildən bəri ən aşağı həddə enməsi, bu ilin ilk rübündəki qazanc ümidlərini heçə çıxarıb.

OPEC-in ağzınacan dolu neft anbarlarını boşaldaraq tələbatı artırmaq cəhdlərinin fayda verəcəyinə, ümumiyyətlə OPEC-in neft qiymətlərinə təsir qabiliyyətinin olmasına dair inamlar əriyib gedir.

Anbarlar dolu olaraq qalır və üstəlik OPEC-in öz ixracatı da gözlənildiyindən yüksəkdir. Bu tərəfdən də Amerika şistinin istehsalı artır.

FT yazır ki, OPEC və Rusiyanın neft nazirlərinin hasilatın ixtisarına dair mayın axırında başa çatacaq razılaşmanı daha altı ay müddətinə uzadacaqları gözlənilir, lakin indiyədək neft hasilatının azaldılması neft qiymətlərini bir barrel üçün 50 dollar səviyyəsindən yuxarıda saxlaya bilməyib.

Alphavalue mərkəzindən neft təhlilçisi Aleksandr Andlauer deyir ki, hətta yaxın müddətdə “ölü pişiyin sıçrayışı” baş versə də, irəlidə qiymətlərin daha çox düşməsi ehtimalı qalır.

Bloomberg saytının yazdığına görə isə, ABŞ neft hasilatının dirçəlişi OPEC-in hasilatı ixtisar etməsinin bütün gözlənilən nəticələrini heçə endirib.

Məqalədə deyilir ki, neft qiymətlərinin düşməsinə təkcə Amerika nefti səbəb olmayıb. Ötən həftə Liviya özünün iki ən böyük neft yatağında hasilatı bərpa edib və 2014-cü ilin dekabrından bəri rekord həcmdə neft çıxarıb.

OPEC-in başqa bir üzvü – Nigeriya gələn ay özünün Forcados terminalından neft nəqlini bərpa edəcək və beləliklə neft bazarına gündə 200 min barrel izafə neft axacaq.

Bloomberg yazır ki, neftə tələbatın hələ bir müddət təklifin arxasınca sürünməsi müşahidə olunacaq.

Bir sıra neft ekspertləri bu qənaətdədirlər ki, neft hasilatçıları neftə qlobal tələbin artması ilə bağlı ümidlərini həddən ziyadə şişirdiblər.

Bu arada Hindistan, Rusiya və Braziliyada neftə tələbat 2017-ci ilin birinci rübündə gözlənildiyindən az olub.

Buna baxmayaraq Beynəlxalq Enerji Agentliyi ilin ikinci yarısında neftə tələbatın hər halda artacağını proqnozlaşdırır. Bəzi təhlilçilər düşünürlər ki, agentliyin proqnozları da son vaxtlarda özünü doğrultmayıb.

Bütün bunlara görə mayın 25-də görüşməli olan neft nazirlərini çox çətin seçimlər gözləyir.

Bu da qeyd olunur ki, OPEC və karteldən kənarda olan ixracatçılar hələlik hasilatı 6 ay əvvəl razılaşdırıldığından daha artıq ixtisar etmək məsələsini müzakirə etməyi planlaşdırmırlar. Bəzi ekspertlərin fikrincə, onlar məntiqlə məhz bunu etməli idilər.

Neft təhlilçilərindən bəziləri düşünürlər ki, OPEC-in hasilatı daha çox azaltmağa həvəsli görünməməsini başa düşmək olar. Kartel anlayır ki, hasilatı bundan sonra da azaltmaq bu razılaşmaya bütün ölkələrin sadiq qalmasını çətinləşdirir.

Bloomberg yazır ki, “Səudiyyə Ərəbistanı və onun neft partnyortları 2014-cü ildə harada idilərsə, elə o nöqtəyə də qayıdıblar”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button