2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ölüm xəbəri yayılan əməkdar artist danışdı

“Vəziyyətim o qədər də yaxşı deyil. Amma yenə də şükür.” Bunu ömrünün 40 ildən çoxunu Azərbaycan teatrında çalışmış, əməkdar artist, 81 yaşlı Məcnun Hacıbəyov ANS PRESS-ə deyib. Aktyor səhhətinin əvvəlki günlərlə müqayisədə yaxşı olduğunu deyib.
Bir müddət əvvəl aktyorun səhhətində problem yaranıb. O, ürək xəstəliyindən əziyyət çəkir. “Mənim ürəyim xəstədir, dərman atıram, ürəyimdən o qədər də narazı deyiləm, ancaq arada özümü pis hiss edirəm”, – deyə Məcnun Hacıbəyov bildirib.
Bu gün mətbuatda artistin ölümü ilə bağlı yalnış xəbər yayılıb.
Aktyor Məcnun Hacıbəyov “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Məcnun Hacıbəyov 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nüqədi kəndinə qayıdıb və həmin vaxtdan Nüqədi kəndində yaşayır.
Məcnun Hacıbəyov-Qubada yaşayan əməkdar artist
Oxşar hadisələr ölkə mətbuatında ilk deyil. Artıq bir neçə dəfə bəzi saytlar ölkənin tanınmış adamlarının ölüm xəbəri ilə bağlı yalnış məlumatlar veriblər. Həmin şəxslərdən biri xalq artisti Arif Quliyevdir. O, hətta bununla bağlı müsahibəsində “Saytlar məni 5 dəfə öldürüb amma 1 dəfə də bastıran olmayıb” -deyə zararat edi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button