Loading...
Loading...
Sosial

Ölüm zolağına çevrilən piyada zolağı – VİDEO

Bakı şəhəri Akad. Həsən Əliyev küçəsində avtobusdan düşüb piyada zolağı ilə hərəkət etmək istəyən insanlar təhlükə ilə üz-üzə qalır. Səbəb piyada zolağının silinməsi və piyada keçidinin olduğunu bildirən xəbərdarlıq nişanın olmamasıdır.

Zolağın silinməsi sürücü və piyadalar arasında mübahisəyə səbəb olur. Piyada “yol mənimdir” deyib yolu keçir, sürücü isə yolda zolaq görmədiyi üçün piyadaya yol vermək istəmir.

Nəticədə də qəza şəraiti yaranır.

Əraziyə piyada keçidi nişanı qoyulmasa da, qaydaları pozan sürücülərin cərimələnməsi üçün müşahidə kamerası quraşdırılıb.
bizimyol.info

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button