2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ombudsman əməkdaşları cəzaçəkmə müəssisəsində Polad Aslanova baş çəkiblər

Bakı/13.01.22 Yanvarın 12-də Ombudsman nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. 

Həmin müəssisədə cəza çəkən və hazırda müəssisənin tibb-sanitar hissəsində saxlanılan Polad Aslanov konfidensial qaydada qəbul olunub. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında deyilir. 

Qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrıldığı və Polad Aslanovun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkumla söhbət zamanı o, qida qəbulundan imtina səbəbi kimi barəsində olan cinayət işi üzrə birinci və apellyasiya instansiyaları üzrə məhkəmə qərarlarından narazılığını bildirib, habelə hazırda Ali Məhkəmənin icraatında olan işinə ədalətli baxılmasına nail olmaq istəyini qeyd edib.

Ombudsman nümayəndələri Polad Aslanovun səhhətinin nəzarətdə saxlanılması, gündəlik həkim nəzarətinin davam etdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verib, deyə press-relizdə bildirilir.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Yanvarın 6-dan o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbi ilə aclıq edir. -06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button